DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 28-də Sloveniya Prezidentinin iqamətgahında - “Brdo Pri Kranyu” qəsrində Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Prezidenti Yanez Drnovşek ilə təkbətək görüşü başa çatdıqdan sonra, dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Görüşdə iki ölkə arasında siyasi dialoqun fəal həyata keçirildiyi bildirildi, iqtisadi əməkdaşlıq üçün olan geniş imkanlar və onun perspektivləri barədə söhbət açıldı. Avropa İttifaqı ilə yeni qonşuluq siyasəti çərçivəsində Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulandı.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyini açıqladı.
Söhbət zamanı iqtisadi əlaqələr sahəsində konkret addımların atılmasının və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti bildirildi.