DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, rektor, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov çıxış edərək, bu günün tarixi əhəmiyyətindən danışmış, 1988-1992-ci illərdə düçar olduğumuz bəlalar, torpaqlarımızın parçalanmaq, ölkəmizin dağılmaq təhlükəsi qarşısında qaldığı xatırlanmışdır. O, ulu öndərimiz, qüdrətli siyasi xadim Heydər Əliyevin misilsiz xilaskarlıq rolunu xüsusi vurğulamışdır. Natiq dahi rəhbərimiz Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirildiyini, ölkəmizin iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin günbəgün inkişaf etdiyini diqqətə çatdırmışdır.
Dosent Mustafa İsgəndərzadə və digər natiqlər də Milli qurtuluş gününün əhəmiyyətindən bəhs etmişlər.
Sonra tələbə və incəsənət ustaları əlamətdar gün münasibətilə mahnılar ifa etmiş, şeirlər söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]