DÖVLƏT İSTİQRAZLARININ YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bir sərmayədarın təqdim etdiyi sifarişin nominal məbləği 6 milyon 139 min 200 manatdır. Sifariş 90,31 faiz (gəlirlilik dərəcəsi 11 faiz) qiymətdə təqdim edilmişdir.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti və orta ölçülmüş qiymət 90,31 faiz (gəlirlilik dərəcəsi 11 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış dəyəri 6 milyon 139 min 200 manat müəyyənləşdirilmişdir.
İstiqraz vərəqələri 2009-cu il mayın 5-də ödəniləcəkdir.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.