ELM VƏ TƏHSİL
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir
Bakı, 30 iyul (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmi müraciətinə əsasən, 2012/2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış abituriyentlərin DSX-nin Akademiyasının boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, müsabiqə aşağıda göstərilən ixtisaslar - uçuş mühəndisliyi, gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi və
mexanika mühəndisliyi üzrə aparılacaqdır.
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq arzusunda olan namizədlər iyulun 30-dan avqustun 4-dək tələb olunan sənədlərlə DSX aparatının inzibati binasına (ünvan: Zərifə Əliyeva küçəsi, 30; tel: (012) 498- 01- 43) müraciət edə bilərlər.