MƏDƏNİYYƏT
Dövlət Səs Yazıları Arxivində seminar-müşavirə keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/16540853354296836231_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540853351041847402_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540853355826704_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540853352899254245_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində arxivin təşəbbüsü ilə “Arxiv işinin təşkili, sənədlərin mühafizəsinin təmin edilməsi və elmi məlumat aparatının yaradılması” mövzusunda seminar-müşavirə təşkil edilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, seminarda arxivin rəhbərliyi və kollektivi, Milli Arxiv İdarəsinin Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Həbib Həsənov və Gülnar Təhməzli, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin “Arxiv işi və kargüzarlıq” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri iştirak ediblər.
Seminar-müşavirəni giriş sözü ilə arxivin direktoru Xalidə Fərəcullayeva açaraq mövzu ilə bağlı çıxış edib. Sonra mövzu üzrə İdarənin əməkdaşları H.Həsənov və G.Təhməzli çıxış etməklə yanaşı, tələbələrin suallarını cavablandırıblar.
Daha sonra İdarə əməkdaşları tərəfindən Milli Arxiv İdarəsinin Elektron Hesabatlar Sistemində olan müvafiq göstəricilərə əsasən arxivin 2022-ci ilin 1-ci rübü üzrə hesabat məlumatlarının icra vəziyyətinə baxış keçirilib, müvafiq tövsiyələr verilib.