CƏMİYYƏT
Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
![](/files/galleryphoto/2024/2/1200x630/1717581231135803572_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175812315060762729_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175812311081611433_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175812315151338972_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175812315309363781_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175812312368236299_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175812316526657442_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17175812312958464790_1200x630.jpeg)
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-i ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü”dür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin kollektivi iyunun 5-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.