“Dukati” komandasının üzvü Qətər Qran-Prisinin qalibi olub
Bakı, 11 mart, AZƏRTAC
Dohadakı “Losal” avtodromunda MotoGP üzrə Qətər Qran-Prisinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Dukati” komandasının üzvü Andrea Dovitsiozo fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Honda” komandasının üzvləri Mark Markes yarışı ikinci, Kel Kratçlou isə üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, növbəti yarış martın 29-31-də Argentinada təşkil olunacaq.