Dünya çempionatına son hazırlıq: Azərbaycan güləşçilərinin açıq məşqi olub
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan güləşçiləri bu ay Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatına hazırlığı Bakıda davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq təşkil olunub.
Məşq prosesində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri iştirak edirlər. İdmançılar həm fiziki, həm də taktiki baxımdan son çalışmalarını həyata keçiriblər.
Sərbəst güləşçilər sentyabrın 11-də, qızlar 13-də, yunan-Roma millisi isə 16-da turnirin keçiriləcəyi şəhərə yola düşəcəklər.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:21]
Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək
- 10.05.2026 [18:13]
Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır
- 10.05.2026 [18:06]
Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb
- 10.05.2026 [15:35]
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
- 10.05.2026 [14:49]
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
- 10.05.2026 [13:36]
Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
- 10.05.2026 [07:00]