Dünya kuboku yarışlarında qadın idman gimnastları arasında sərbəst hərəkətlərdə finalçılar müəyyənləşib
Bakı, 15 mart, AZƏRTAC
Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində uğurla çıxış edərək ilk səkkizlikdə qərarlaşan - Lara Mori (İtaliya), Ceyd Keri (ABŞ), Vanessa Ferrari (İtaliya), Varvara Zubova (Rusiya), Marin Boyer (Fransa), Emma Nedov (Avstraliya) Diana Varinska (Ukrayna) və Ana Cerik (Xorvatiya) finalda iştirak hüququ qazanıblar.
Azərbaycan gimnastı Marina Nekrasova 12,366 xalla ümumi sıralamada 14-cü olub.