Dünyanın ən gözəl bayraqlarının siyahısı açıqlanıb
Roma, 19 iyul, AZƏRTAC
Bayraq İnstitutunun üzvü, ekspert Conni Şarpls dünyanın ən gözəl bayraqlarının siyahısını tərtib edib.
AZƏRTAC xəbər verir ki, siyahıda ilk üçlükdə Papua-Yeni Qvineyanın, Konqo Demokratik Respublikasının və Bosniya və Herseqovinanın bayraqları yer alıb.
Ekspert Bosniya və Herseqovinanın bayrağı ilə bağlı bildirib: “Etiraf edirəm ki, bu ölkənin bayrağının hər iki tərəfindəki göy zolaq kiminsə bayrağı düzgün şəkildə kəsmədiyi təəssüratını yaradır. Lakin bayraqda iki əsas komponent var ki, bu da onu möhtəşəm edir: ulduzlar və diaqonallar. Bununla yanaşı, bayrağın ən yaxşı cəhəti göy və sarı rəng arasında olan təzaddır. Bu, Argentinanın “Boka Xuniors” futbol klubunun geyimini də bu cür nümunəvi edir”.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:14]
Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]