Dünyanın ən qocaman ailə cütlüyü toylarının 80 illiyini qeyd edib
Bakı, 17 dekabr, AZƏRTAC
Dünyanın ən qocaman ailə cütlüyü - 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta nikahlarının 80 illiyini qeyd edib.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Con həyat yoldaşı Şarlottanı ABŞ-ın Texas ştatındakı Lonqhorn şəhərində keçirilən təntənəli mərasimə 1920-ci il modelli ikiyerlik avtomobillə gətirib və ona ilk görüşlərində olduğu kimi, gül dəstəsi hədiyyə edib.
Con və Şarlotta 1934-cü ildə Texas universitetində tanış olublar və 1939-cu ildə ailə həyatı qurublar.
Dekabrın 16-da ailə cütlüyünün ümumi yaşı 211 il və 175 günə çatıb. Onların sözlərinə görə, uzunömürlülüyün və xoşbəxt ailə həyatının sirri mülayimlikdə və qarşılıqlı məhəbbətdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]