MƏDƏNİYYƏT
“Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/16540829783940925026_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540829785596859241_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540829785541223591_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Məmməd Səid Ordubadinin Xatirə Muzeyi "NUR Art House" qalereyasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbiri muzeyin elmi işçisi İradə Vəliyeva açaraq 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında ətraflı məlumat verib, sonra həmin muzeyin direktoru Lalə Abbaszadə muzeyin fəaliyyəti haqqında bəhs edib.
Tədbirdə 45 nömrəli tam orta məktəbin nəzdində Aygün Zamanlının rəhbərliyi ilə fəaliyyət göstərən "Aytam " Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai Birliyinin dərnək üzvləri, 10 nömrəli Şuşa məktəbinin 3-6-cı sinif şagirdləri iştirak ediblər, onlar mahnı və şeirlər səsləndiriblər.
Tədbirdə, həmçinin Nərimanov rayon 45 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Arzu Yusifova və Şuşa şəhəri 10 nömrəli tam orta məktəbin tarix müəllimi Türkan Ələkbərova iştirak ediblər.
"NUR Art-House" qalereyasının əməkdaşı Lalə Mustafayeva məktəblilərə ekskursiya apararaq, mədəni irsimizin incilərindən sayılan Azərbaycan xalça sənəti haqqında da məlumat verib.
Tədbirin sonunda Xatirə Muzeyinin direktoru Lalə Abbaszadə uşaqlara hədiyyələr təqdim edib.