DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Bakı, 17 fevral, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə BDYPİ-dən AZƏRTAC-a məlumat verilib. Belə ki, İdarə qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, qarın yağması ilə yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edir. Hərəkət iştirakçıları xüsusilə səhər və axşam saatlarında yolların sürüşkən olduğunu nəzərə almalı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməli, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmalıdırlar. İdarə sürücülərdən yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitinə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi də xahiş edir.
“Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlara təhlükəsizlik baxımından məsuliyyətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi tövsiyə edirik”, -deyə müraciətdə bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]