“Ədəbi cərəyanlar və istiqamətlər” kitabı çap olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin yeni “Ədəbi cərəyanlar və istiqamətlər” kitabı çap olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, dərs vəsaiti kimi təqdim olunan kitabın elmi redaktoru Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova, rəyçiləri isə filologiya üzrə elmlər doktoru, professor Asif Hacıyev və filologiya üzrə elmlər doktoru Cavanşir Yusiflidir.
Kitabda bədii estetik inkişafın müəyyən konkret mərhələsində ədəbi-estetik istiqamətlərin və cərəyanların meydana gəlməsi səbəbləri, onların bir-birini əvəz etməsi, aralarında mövcud olan ziddiyyətlər və onların həlli yolları öz əksini tapıb. Vəsaitdə ənənəvi cərəyanlarla yanaşı, müasir dövrdə formalaşmış ədəbi istiqamətlər və cərəyanlar ətraflı şəkildə təhlil olunur.
260 səhifədən ibarət olan dərs vəsaiti ali məktəb tələbələri, magistrantlar, doktorant və dissertantlar, o cümlədən ədəbiyyat nəzəriyyəsi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]