Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə Nazirliyində videokonfrans şəklində kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində videokonfrans şəklində kollegiya iclası keçirilib

Bakı, 1 may, AZƏRTAC 

Mayın 1-də Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videokonfrans formatında kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda qlobal pandemiya şəraitində insanların həyat və sağlamlığının qorunması, habelə iqtisadiyyatın inkişafına mənfi təsirlərin aradan qaldırılması ilə bağlı dövlət başçısının keçirdiyi sosial-iqtisadi müşavirədə və digər dövlət əhəmiyyətli tədbirlərdə verilmiş tapşırıqlardan irəli gələn ədliyyə orqanlarının vəzifələrinin icrası müzakirə olunub.

Nazir Fikrət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli davamlı inkişafını vurğulayıb, dünya iqtisadiyyatına böyük ziyan vuran COVID-19 qlobal pandemiyasının ölkəmizə də mənfi təsiri nəzərə alınaraq, onun sosial-iqtisadi sahəyə ciddi fəsadlarının qarşısının alınması və dayanıqlı inkişafın təmin olunması ilə bağlı mühüm addımlar atıldığını qeyd edib. Azərbaycanın sosial dövlət olduğunu və siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edən ölkə başçısının siyasi iradəsi ilə görülən qəti tədbirlər sayəsində xalqımızın koronavirusdan tezliklə qurtulacağına əminlik ifadə olunub.

Bildirilib ki, dövlət başçısının tapşırığına əsasən yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yayılmasına qarşı zəruri preventiv işlərin görülməsi, o cümlədən sosial izolyasiya qaydalarının və xüsusi karantin rejiminin tətbiqi, vətəndaşların Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çağırışlarına qoşularaq bu bəla ilə mübarizədə sosial həmrəylik nümayiş etdirməsi və Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis olunaraq 113 milyon manatdan çox ianələrin edilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərə əlavə dəstəkdir. Eyni zamanda, dəyəri 3 milyard manatı ötən geniş sosial-iqtisadi dəstək paketinin qəbul olunması COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılmasına və əhalinin sosial rifahının qorunmasına xidmət edir.

Kollegiyada ölkə başçısının iqtisadiyyatın davamlı inkişafına nail olmaq üçün bütün sahələrdə islahatların aparılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə struktur və kadr islahatlarının, gəncləşmə siyasətinin davam etdirilməsi, neqativ hallara qarşı bundan sonra da ciddi mübarizə aparılması, həmçinin dövlət xərclərinə yenidən baxılmaqla vəsaitlərin qənaətlə xərclənməsi, bu sahədə şəffaflığın tam təmin olunması, bank sektoru tərəfindən iqtisadi inkişafa böyük dəstək verilməsinin təmin olunması, karantin rejiminə ciddi əməl edilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən koronavirusun qarşısının alınması üzrə mütəşəkkil tədbirlər görülüb, o cümlədən ədliyyə qurumlarında və məhkəmələrdə davamlı dezinfeksiya, profilaktik və digər preventiv işlər aparılıb, vətəndaşların müraciətləri və qəbulu işi, əhaliyə göstərilən ədliyyə xidmətləri elektron qaydada təşkil edilib.

Bu məqsədlə pandemiya şəraitində vətəndaşların məhkəmə və ədliyyə orqanlarına əlçatanlığının asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqi genişləndirilib, o cümlədən məhkəmə qərarlarının icrası üzrə borcun və digər ödənişlərin onlayn qaydada və terminallar vasitəsilə həyata keçirilməsi və borcun ödənilməsi ilə ölkədən getmək hüququna məhdudiyyətin avtomatik qaydada dərhal aradan qaldırılması imkanı yaradılıb. Həmçinin müasir İKT-lərin köməyi ilə valideynlik hüququndan istifadə - uşaqla ünsiyyətə dair məhkəmə qərarlarının icrası videoəlaqə vasitəsilə təmin edilir.

Bundan əlavə, nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada videoyazı vasitəsilə təsdiq edilməsi mobil xidməti istifadəyə verilib. Həmçinin “Elektron məhkəmə” informasiya sistemi çərçivəsində xüsusi proqram vasitəsilə məhkəmə proseslərinin videokonfrans şəkildə keçirilməsi təşkil edilib. Bu günlərdə həmin innovasiyalar barədə ictimaiyyət üçün geniş təqdimatlar keçirilib.

Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq aprelin 6-da imzaladığı virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun əfv olunması barədə Sərəncamı nazirlik tərəfindən mütəşəkkil icra edilib. Həmçinin məhkumların sağlamlığına, tibb, dərman və digər təminatlarına monitorinqlər aparılmaqla gündəlik nəzarət olunub, davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi intensivləşib.

Eyni zamanda, ədliyyə işçiləri və hakimlər ölkə başçısının təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib, karantin rejimi dövründə həssas əhali qruplarına dövlət qayğısının göstərilməsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara ərzaq yardımı olunub, həmçinin işsiz şəxslərə müavinətlərin verilməsi ilə bağlı əhalinin dövlət reyestri üzrə çoxsaylı fərdi məlumatların emal olunaraq aidiyyəti üzrə vaxtında təqdim olunması təmin edilib.

Nazir sosial-iqtisadi müşavirədə və digər dövlət əhəmiyyətli tədbirlərdə dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin vaxtında və dürüst icrasının təmin olunmasını, o cümlədən qlobal pandemiyaya qarşı tibbi və profilaktik tədbirlərin gücləndirilməsini, karantin rejiminə dönmədən əməl olunmasını diqqətə çatdırıb. Həmçinin ədliyyə sahəsində idarəçiliyin müasirləşdirilməsi məqsədilə strukturun təkmilləşdirilməsi və ştat vahidlərindən daha səmərəli istifadə olunması, kadrların peşəkarlığına xüsusi diqqətin yetirilməsi və etik davranış qaydalarına dönmədən əməl edilməsi, ədliyyə orqanları və məhkəmələr üzrə cari büdcə vəsaitlərinin yenidən baxılaraq qənaətlə xərclənməsi və izafi xərclərə yol verilməməsi ilə bağlı konkret göstərişlər verib.

Kollegiyada Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planından və bu mühüm sənədin icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 2020-ci il 11 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə olunub, Milli Fəaliyyət Planının ədliyyə orqanlarında icrasının təşkili ilə bağlı konkret tapşırıqlar verilib.

Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə xüsusi önəm verilərək dövlət idarəçiliyində şəffaflığın təmin olunması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, ictimai iştirakçılığın təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, yeni texnologiyaların və elektron xidmətlərin tətbiqi üzrə genişmiqyaslı və ardıcıl tədbirlər həyata keçirilir. Ötən dövrdə bu sahədə qəbul olunmuş milli fəaliyyət planlarının icrası çərçivəsində ədliyyə orqanları tərəfindən xeyli işlər görülüb.

İclasda qeyd olunub ki, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması məqsədilə qəbul olunmuş açıq hökumətin təşviqinə dair yeni fəaliyyət planı müstəsna əhəmiyyət kəsb edir. Bu mühüm sənədin ədliyyə orqanları tərəfindən icrası, o cümlədən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı tədbirlər müəyyən olunub, xüsusi planlar hazırlanaraq kollegiyada təsdiq edilib. Həmin planlardan irəli gələn tapşırıqların, o cümlədən elektron ədliyyə xidmətlərinin və informasiya sistemlərinin imkanlarının artırılması, ictimai iştirakçılığın və beynəlxalq antikorrupsiya əməkdaşlığının genişləndirilməsi, antikorrupsiya və etik davranış məsələləri üzrə treninqlərin təşkili ilə bağlı və digər mühüm tədbirlərin vaxtında və dürüst icrasının təmin olunması diqqətə çatdırılıb.

Kollegiyada ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə kompleks tədbirlər vurğulanıb, o cümlədən ədalət mühakiməsinin təmin olunmasında mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlər qeyd edilib.

Məhkəmə Ekspertizası Mərkəzində rəhbərliyin möhkəmləndirildiyi bildirilərək bu sahədə fəaliyyətin müasir tələblərə uyğun qurulması ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, o cümlədən ekspertizaların keyfiyyətli və vaxtında aparılması, ən son elmi-texniki nailiyyətlərin və müasir tədqiqat metodlarının, özəl məhkəmə ekspertiza institutunun tətbiqi, Mərkəzin strukturunun təkmilləşdirilməsi və kadrlardan səmərəli istifadə olunması, Elmi Şuranın işinin effektiv təşkili, ictimai etimadın artırılması məqsədilə şəffaflığın artırılması ilə bağlı və digər tapşırıqlar verilib.

Eyni zamanda, məhkəmə qərarlarının icrasının səmərəliliyinin yüksəldilməsi, bu sahədə rəhbərliyin və nəzarətin gücləndirilməsi, analitik işin müasir tələblərə uyğun qurulması, o cümlədən təhlillərin keyfiyyətinin artırılması üzrə görülən işlər müzakirə edilib, konkret tədbirlər müəyyən olunub.

Bununla yanaşı, iclasda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı layihələrə baxılaraq təsdiq edilib. Həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib