“ƏDV geri al” layihəsinin tətbiqi alıcıların ödəniş vərdişlərini təkmilləşdirir
Bakı, 5 may, AZƏRTAC
Vətəndaşların “ƏDV geri al” layihəsinə artan marağı alış-veriş mühitində yeni tendensiyalar formalaşdırıb. Əvvəllər alış-veriş zamanı çek tələb edən nadir sayda alıcı olsa da, indi vəziyyət tamamilə dəyişib. Alıcıların böyük əksəriyyəti alış-veriş çeki tələb edir və bu da öz növbəsində kassirlərin çek təqdim etməyə daha məsuliyyətli yanaşmasını təmin edir. Onlar da artıq alıcının tələbini gözləmədən çekləri təqdim edirlər.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, kassa çekinin təqdim edilməsi qanunvericiliyin tələbidir və bütün bu tədbirlər istehlak bazarında intizamlı davranışların formalaşmasını təmin edir. Digər tərəfdən isə “ƏDV geri al” layihəsinin tətbiqi alıcıların ödəniş vərdişlərini də təkmilləşdirir. Vətəndaşlar alış-veriş zamanı nağdsız ödənişlərə üstünlük verirlər, çünki bunun üçün ciddi stimullar yaradılıb. 2023-cü ilin 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]