Efiopiyada son altı ayda yol qəzalarında 1358 nəfər həlak olub
Bakı, 29 fevral, AZƏRTAC
Efiopiyada son altı ay ərzində baş verən yol-nəqliyyat hadisələrində 1358 nəfər ölüb.
AZƏRTAC “China.org” saytına istinadla xəbər verir ki, Efiopiyanın rabitə xidməti üzrə dövlət naziri Selamavit Kassa jurnalistlərə açıqlamasında ölkədə ölümlə nəticələnən yol qəzalarındakı artımın ciddi narahatlıq doğurduğunu söyləyib. O, həmçinin son altı ayda qəzalar nəticəsində 2672 nəfərin ciddi xəsarət aldığını bildirib.
Nazirin sözlərinə görə, yol qəzalarının 60 faizindən çoxunun günahkarı sürücülərdir.
Statistikaya görə, iqtisadi yüksəliş son bir neçə il ərzində Efiopiyada nəqliyyat vasitələrinin sayında sabit artıma səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]
BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır
- 13.10.2026 [11:42]
Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır
- 13.10.2026 [11:33]
Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq
- 13.10.2026 [11:29]