Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həmid Kərzaiyə
Hörmətli cənab Prezident,
Əfqanıstan İslam Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, birgə səylərimizlə bundan sonra da Azərbaycan-Əfqanıstan dostluğu və əməkdaşlığının xoş ənənələrini qoruyub saxlayacaq və inkişaf etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyul 2011-ci il.