Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 24 hərbçi həlak olub
Bakı, 29 iyun, AZƏRTAC
Əfqanıstanda “Taliban” silahlılarının nəzarət-buraxılış məntəqələrinə hücumu nəticəsində azı 24 hərbçi həlak olub.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, hücum ölkənin şimal-şərqində yerləşən Baqlan əyalətinin Nahrin rayonunda qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, taliblər bu gün səhər saatlarında silahlı qüvvələrin nəzarət-buraxılış məntəqələrinə güclü hücumlar təşkil ediblər. Hücumlar zamanı, həmçinin doqquz hərbçi yaralanıb.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]