Əhməd Cavadın xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı, 19 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə görkəmli şair-publisist, Azərbaycanın dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın doğum gününə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Əhməd Cavadın nəticəsi Cavad Axundzadə, Gəncliyə Yardım Fondunun ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Eldar Kərimov, “İDEA” şahmat klubunun direktoru, turnirin baş hakimi Fidan Talıbova və qalib şahmatçılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib.
Əhməd Cavadın nəticəsi Cavad Axundzadə onlayn şahmat turnirinin babasının xatirəsinə həsr olunmasından məmnunluğunu ifadə edib.
“Tariximizin dahiləri” kitabının müəllifi Qoşqar Abbas şairin ömür yolundan, yaradıcılığından danışıb. O, kitablarını qalib şahmatçılara hədiyyə edib.
Qaliblər karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən tədbirdə mükafatlandırılıb. Şahmat turnirində ümumi hesabda Ədalət Umudov, Şəms Fərzəli birinci yeri tutublar. Allahverdi Həmidov II, Ayan Allahverdili olublar.