EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ ÇİMƏRLİKLƏRİN VƏZİYYƏTİNİ ÖYRƏNİR
34 kilometrlik Sumqayıt sahilyanı zonasının yalnız 6 kilometri çimərlik üçün yararlıdır. Novxanı çimərliyinin təqribən 4 kvadratkilometri bataqlıqlaşmış, Mərdəkanın sahilyanı zolağının 40 faizini su basmışdır. Nardaran çimərliyi də dənizin səviyyəsinin qalxması ilə əlaqədar yararsız hala düşmüşdür. Zuğulba və Buzovnada da bu cür vəziyyət müşahidə olunur. Şıx çimərliyində yaxşı şərait yaradılsa da, çirkli suların qanunsuz olaraq dənizə axıdılması sağlamlıq üçün təhlükə yaradır. Lənkəran və Astara çimərliklərində də xoşagəlməz vəziyyət yaranmışdır. Buraya qanunsuz olaraq məişət tullantıları atılmışdır, çirkli sular dənizə axıdılır.