Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Əl-Fəcr”: İlham Əliyev müdrikliyi, uzaqgörənliyi sayəsində Azərbaycanı daha təhlükəsiz, sabit və firavan gələcəyə doğru aparır

“Əl-Fəcr”: İlham Əliyev müdrikliyi, uzaqgörənliyi sayəsində Azərbaycanı daha təhlükəsiz, sabit və firavan gələcəyə doğru aparır

Abu-Dabi, 24 dekabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu auditoriyasına malik Əl-Fəcr qəzetinin 24 dekabr 2017-ci il tarixli sayında qəzetin baş redaktoru doktor Şərif Əl- Bəsilin “İlham Əliyev müdrikliyi, uzaqgörənliyi və xalqın maraqlarını dəqiq incələməsi sayəsində Azərbaycanı daha təhlükəsiz, sabit və firavan gələcəyə doğru aparır" adlı məqalə dərc olunub. Qəzetin bütöv bir səhifəsi Azərbaycan Prezidentinə, onun ölkəsi və xalqı üçün gördüyü işlərə həsr edilib.

Azərbaycanın 26 illik müstəqillik dövründə siyasi, iqtisadi, ticarət, investisiya, mədəniyyət və humanitar sahələrdə geniş və hərtərəfli nailiyyətlər qazandığını qeyd edən baş redaktor yazır ki, ölkə bu qısa müddət ərzində aktiv və mühüm, eləcə də sivil dövlətlər xəritəsində özünəməxsus yer tutub, bəşəri sivilizasiya tarixində mühüm aktorlardan birinə çevrilib və regional və beynəlxalq sülhün möhkəmləndirilməsində mühüm rol oynayır.

Artıq çoxlarının Azərbaycanı Cənubi Qafqaz və Avrasiya regionunda mühüm bir ölkə kimi tanıdığını bildirən məqalə müəllifi diqqətə çatdırır ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə həm ölkə daxilində, həm də ölkə xaricində mühüm uğurlar əldə etmiş milli rəmz kimi baxır. İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarıb, əhalinin yaşayış səviyyəsini və rifahını daha da yaxşılaşdırıb.

Baş redaktor vurğulayır ki, xalqın İlham Əliyevə etimad və inamı çox təbii olaraq dövlət resurslarının inkişaf etdirilməsi, irimiqyaslı dövlət layihələrinin icrası, yeni iş yerlərinin yaradılması, onun uzaqgörən siyasəti və məqsədyönlü strategiyası nəticəsində formalaşıb. Bu siyasət Azərbaycan gənclərini ruhlandırır və onları həyatın bütün sahələrində aktiv rol oynamağa təşviq edir. Prezident İlham Əliyevin yürütdüyü siyasət yalnız xalqın maraqlarına xidmət edir, Azərbaycan xarici siyasəti ardıcıl uğurlar qazanır. Müəllif Azərbaycanın davamlı və sürətli inkişaf yolu keçdiyini, sabit və iri addımlarla gələcəyə doğru ümidlə irəlilədiyini oxucularının diqqətinə çatdırır.

Prezident İlham Əliyevin doğum günündə hər bir azərbaycanlının fərəh hissi keçirdiyini və bu günü böyük iftixarla qeyd etdiyini bildirən müəllif İlham Əliyevin tək Azərbaycan xalqının deyil, eyni zamanda beynəlxalq müstəvidə də böyük nüfuza malik olduğunu bildirir. Xatırladır ki, İlham Əliyev xarici dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı orden və medallarına - “Kral Əbdüləziz” ordeninə, Küveytin “Mübarək əl-Kəbir”, Fransanın “Şərəf Legionu”, Rumıniyanın “Ulduz”, Gürcüstanın “Şərəf” ordenlərinə, həmçinin “Türkdilli respublikalarda onilliyin ən uğurlu dövlət xadimi” mükafatına, “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatına layiq görülüb.

Prezident İlham Əliyevin şəxsi və peşəkar həyatına nəzər salan jurnalist onun 1961-ci il dekabrın 24-də ziyalı ailəsində anadan olduğunu, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetini bitirdiyini, tarix elmləri doktoru olduğunu, oxuduğu Universitetdə müəllimlik fəaliyyəti ilə məşğul olduğunu qeyd edir. Məqalədə vurğulanır ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli çağırışı ilə hakimiyyəti öz üzərinə götürüb, ölkənin yaranmış xaosdan qoruyub. Ulu Öndərdən sonra hakimiyyətə gələn İlham Əliyev atasının siyasi kursunu uğurla davam etdirir.

İlham Əliyevin həyat yoluna və siyasi karyerasına nəzər salan müəllif onun Yeni Azərbaycan Partiyası sədrinin müavini, sonra isə birinci müavini seçildiyi, 2001-2003-cü illərdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik etdiyi, 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və büro üzvü seçildiyi, 2003-cü il avqustun 4-də Baş nazir vəzifəsinə təyin olunduğu barədə məlumat verir. Həmçinin diqqətə çatdırır ki, İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən şəffaf prezident seçkilərində ümumi səslərin 79.46 toplayaraq qalib gəlib.

Azərbaycan Prezidentinin oktyabrın 31-də baş tutan andiçmə mərasimindəki çıxışının konseptual məqamlarını oxucuların diqqətinə çatdıran doktor Şərif Əl- Bəsil

İlham Əliyevin hakimiyyəti illərində yoxsulluğun və işsizliyin kəskin azaldığını, yeni iş yerlərinin açıldığını, valyuta ehtiyatlarının, ÜDM-in artdığını, irimiqyaslı layihələrin icrasına başlanıldığını diqqətə çatdırır. Bu sırada Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə salınması, “Cənub Qaz Dəhlizi” layihəsi, “Şahdəniz-2” layihəsi, TANAP və TAP layihələri qeyd olunur, bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu vurğulanır.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından yazan müəllif onun Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi adlandıraraq bildirir ki, bu dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Bununla da Orta Asiya ölkələrinin, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşacaq, bu yol ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınmasına imkan yaradacaq və regionda turizmin inkişafına da güclü təsir göstərəcək.

Dünya bazarında qara qızılın qiymətinin kəskin şəkildə düşməsi ilə bəzi neft ixrac edən ölkələrin iqtisadi böhranla üzləşdiyinə diqqət çəkən müəllif qeyd edir ki, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhrandan əziyyət çəkməyib. Ölkədə qeyri-neft sektorunun inkişafına təkan verilib və neftdən asılılığın azaldılmasına dair konkret tədbirlər paketi icra olunub.

Ölkəmizin hərbi vəziyyətinə toxunan baş redaktor bu gün Azərbaycan ordusunun hazırlıq, döyüş qabiliyyəti, texnikası silah və sursat baxımından regionuna ən güclü ordularından biri olduğunu, hər hansı təcavüzün qarşısını almağa tam hazır olduğunu vurğulayır.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edən baş redaktor yazır ki, Azərbaycan bu gün Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələri qurub, 2012-2013-cü illərdə 155 səslə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib, bir sıra beynəlxalq təşkilatlarla yanaşı, Qoşulmama Hərəkatı, Afrika Birliyi kimi qurumlara da üzv olub.

Məqalədə, həmçinin qeyd olunur ki, Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən unikal bir dövlətdir, İslam və Avropa təşkilatlarının üzvü kimi hər iki sivilizasiyaların dəyərlərini özündə ehtiva etməklə həmin sivilizasiyalar arasında təbii körpü rolunu oynayır, bir sıra beynəlxalq forum və dialoqlara ev sahibliyi edir. Müəllif Prezident İlham Əliyevin rəhbərliyi və UNESCO, BMT Sivilizasiyalar alyansı, Avropa Şurası ISESCO və digər mötəbər təşkilatların iştirakı ilə 2017-ci ilin mayında Bakıda 4-cü Mədəniyyətlərarası Dünya Forumunun keçirildiyini xatırladır.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını da diqqətə çatdıran Şərif Əl-Bəsil son illərdə ölkəmizin ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, Formula-1 kimi mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini, bu yaxınlarda Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini bildirir.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın bir çox beynəlxalq mədəni, humanitar, iqtisadi və idman tədbirlərini uğurla həyata keçirərək, bu sahədə böyük nüfuz qazandığını qeyd edən müəllif bu tədbirlərin yüksək səviyyədə təşkilində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük və danılmaz rolu olduğunu vurğulayır. Diqqətə çatdırır ki, Azərbaycan EXPO 2025 beynəlxalq sərgisinin keçirilməsi üçün namizəd ölkədir və öz təşkilatçılıq qabiliyyəti ilə fərqlənən Mehriban Əliyevanın rəhbərliyi ilə bu tədbir də yüksək göstəricilərlə tarixdə iz salacaq.

Müəllif Ekspo 2025-ə ev sahibliyi etmək niyyətində olan Azərbaycanın Dubayda keçiriləcək Ekspo 2020 sərgisinə xüsusi diqqət yetirdiyini, bu sərgidə iştirakını təsdiqləmiş ilk ölkə olduğunu bildirib.

http://www.alfajr-news.net/details/إلهام-علييف-يقود-أذربيجان-نحو-مستقبل-أكثر-أمنا-واستقرارا-ورفاهية 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu