Elçin Abbasov: Metrologiya İnstitutunun nəticələri beynəlxalq təşkilatın saytında yerləşdirilib
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Metrologiya İnstitutu 2017-ci il fevralın 10-da yaradılıb. İnstitutun yaradılmasının əsas məqsəd və fəaliyyəti dövlət etalonlarının alınması, saxlanılmasını, həmçinin dövlət kəmiyyət vahidi etalonlarını, ölçülərini digər kəmiyyət etalonları vahidinə ötürülməsini təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 15-də Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in laboratoriyalarına media-tur çərçivəsində jurnalistlərə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Metrologiya İnstitutunun baş direktorunun müşaviri Elçin Abbasov deyib.
E.Abbasov qeyd edib ki, Azərbaycan Metrologiya İnstitutu bir çox mühüm təşkilatlarla əməkdaşlıq edir: “Biz Çəki və Ölçülər Üzrə Baş Konfransın assosiativ üzvü və beynəlxalq qanunverici təşkilatın müxbir üzvü kimi fəaliyyət göstəririk. Bunun nəticəsində Metrologiya İnstitutunun ilkin kəmər etalonlarının tutuşdurulması həyata keçirilib. Nəticədə 31 adda ölçmələr və kalibrləmələrlə bağlı alınan nəticələr Çəki və Ölçülər Üzrə Baş Konfransın xüsusi saytında yerləşdirilib. Bu isə o deməkdir ki, artıq ölçmələr üzrə bütün məlumatlar dünyanın bütün ölkələrinə məlumdur”.
İnstitut rəsmisi qeyd edib ki, ilkin kəmiyyət vahidi etalonları kütlə, təzyiq, elektrik, vaxt və tezlik, temperatur, həmçinin ionlaşdırma şüaları olmaqla 7 laboratoriayda yerləşdirilib. İnstitut müəyyən xidmət sahələrini yerinə yetirmək üçün də laboratoriyalara malikdir.