Elm və texnologiyanın kommersiyalaşdırılması ilə bağlı əsas problemlər müəyyən edilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Tədqiqatlardan əldə edilən iqtisadi və sosial faydaları və dövlət elmi-tədqiqat və inkişaf investisiyalarından əldə olunan gəliri optimallaşdırmaq üçün akademiya və sənaye arasında effektiv əlaqələr lazımdır. Elmi-tədqiqat institutları və sənaye arasında bilik axınları birgə tədqiqat layihələri, təlim, məsləhətləşmə və müqavilələr, elmi tədqiqat məhsullarının kommersiyalaşdırılması, iş yerləri arasında kadr mobilliyi və tədqiqatçılar tərəfindən qeyri-rəsmi əməkdaşlıq vasitəsilə həyata keçirilir. Bu bilik axınları innovasiya yaranmasını sürətləndirən və nəticədə innovativ iqtisadiyyatın formalaşmasına təkan verən mühüm faktor kimi çıxış edir. Bu mənada texnologiyaların kommersiyalaşdırılması yeni iqtisadi dəyər yaradan bir innovasiya prosesi kimi xarakterizə oluna bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin müdiri Bünyamin Seyidov bildirib. O qeyd edib ki, Koreya-Azərbaycan ekspertlər qrupunun araşdırmaları nəticəsində texnologiyaların transferi və kommersiyalaşdırılma ilə bağlı əsas problemlər müəyyən edilib. “Bu problemlər texnologiya transferi və kommersiyalaşdırılma ilə əlaqəli hüquq sistemi, elm və texnologiyanın kommersiyalaşdırılmasının qeyri-aktiv sistemi, bu əməliyyatlar üçün bazarın kiçik olması, modernləşmə və innovasiyaya marağın az olmasıdır”, - deyə alim bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]