Əmək və əhalinin sosial müdafiəsi naziri Serbiyanın səfirliyində başsağlığı kitabına ürək sözlərini yazıb
Bakı, 6 may, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ölkəmiz tərəfindən həmsədri Sahil Babayev bu il mayın 3-də Serbiyanın paytaxtı Belqrad şəhərindəki məktəbdə və mayın 4-də ölkənin Mladenovaç şəhəri yaxınlığında baş vermiş faciəvi hadisələrlə əlaqədar Serbiyanın ölkəmizdəki səfirliyində başsağlığı kitabına ürək sözlərini yazıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir həmin faciəvi hadisələrlə bağlı Serbiya xalqının yaşadığı acını ürəkdən bölüşdüyümüzü qeyd edib, hər iki faciə zamanı həlak olanların ailələrinə Azərbaycan hökuməti və şəxsən öz adından dərin hüznlə başsağlığı verdiyini, yaralılara Allahdan şəfa dilədiyini bildirib.