MƏDƏNİYYƏT
Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Rusiya Dövlət Akademik Simfonik Orkestrinin Çində konsertləri davam edir
![](/files/galleryphoto/2024/1/1200x630/17048688252252249069_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1704868825153438576_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17048688254145746412_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1704868825477036137_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17048688251741822024_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17048688253083629655_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17048688252903813141_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17048688253283346782_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17048688253793024604_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17048688255304445022_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17048688255396650682_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17048688255760153133_1200x630.jpeg)
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin E.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri ilə Çin Xalq Respublikasında böyük konsert turnesi davam edir.
AZƏRTAC xəbər verir ki, Çinin 13 müxtəlif iri şəhərinin - Şanxay, Dalyan, Dunquan, Şenjen, Nannin, Çanşa, Çyujou, Nantun, Vusi, Vençjou, Fujou, Ksyaçen və Çunsin möhtəşəm iri teatrlarında gerçəkləşən konsertlər yerli dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Yeni il bayramı ilə əlaqədar olaraq konsert proqramlarında P. Çaykovskinin simfonik orkestr üçün yazdığı təntənəli əsərləri (“Şelkunçik” və “Yevgeni Onegindən” nümunələr, 5-ci simfoniya), Frans Zuppe və Yohann Ştrausun müxtəlif janrlarda yazdığı parçalar yer alıb. Konsert proqramlarında böyük uğurla çıxış edən tanınmış yunan pianoçu Teodosia Tokunun ifası sürəkli alqışlarla qarşılanıb. Hər çıxışın sonunda çinli dinləyicilərin böyük marağını və istəyini nəzərə alaraq Əyyub Quliyevin rəhbərliyi ilə Rusiya Dövlət Simfonik orkestri Çin klassik musiqisinin ən sevilən nümunələri sayılan “LiYuang River” təntənəli odası və “Spring Festival” Uvertürasını ifa edib. Proqramdan əlavə olaraq ifa olunan bu əsərlər ayaq üstə alqışlarla qarşılanıb.
Azərbaycanlı dirijor Əyyub Quliyevin Çinə səfəri ölkənin ən iri holdinqi sayılan və 70 yaxın teatr-konsert müəssisələrinə sahib olan “Poly”, Yunanıstanın “Agitato” və Niderlandın “TACT” agentliyi tərəfindən təşkil olunub.
Dekabrın 27-də başlayan Çin səfərinin son konserti bu gün Çunsin şəhərinin Böyük Teatrında gerçəkləşəcək.
Qeyd etmək lazımdır ki, E.Svetlanov adına Rusiya Dövlət Simfonik Orkestri azərbaycanlı musiqisevərlərə yaxşı tanışdır. Kollektiv 2006-cı ildə Mstislav Rostropoviçin dirijorluğu altında Bakıda keçirilən Şostakoviç Beynəlxalq Musiqi Festivalında çıxış edib.