Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət prioritetləri: şəffaflıq, sosial məmnunluq, modern və səmərəli əmlak idarəçiliyi

Bakı, 16 iyul (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsində 2014-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə komitənin sədri Kərəm Həsənov açaraq görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, K.Həsənov ilk növbədə Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası, şəffaflığın təmin edilməsi, fəaliyyət sahələri üzrə nailiyyətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Vurğulanıb ki, şəffaflıq və ictimai maarifləndirmə, modern və səmərəli əmlak idarəçiliyi, sosial məmnunluq və yüksək xidmət komitə üçün daim prioritet təşkil edir. Bu məqsədilə hesabat dövründə mütərəqqi idarəetmə sisteminin, müasir mexanizmlərin və optimal elektron xidmətlərin tətbiqi genişləndirilib.

Komitənin göstərdiyi elektron xidmətlərin sayı

artırılaraq 22-yə çatdırılıb

Komitə sədri çıxışında bildirib ki, ötən 6 ay ərzində daşınmaz əmlak idarəçiliyi, əmlakın qeydiyyatı, özəlləşdirmə və hərraclarla bağlı fəaliyyət sahələri üzrə elektron xidmətlərin sayı artırılaraq 22-yə çatdırılıb. Eyni zamanda xidmətin keyfiyyəti yüksəldilib və maksimum operativliyin təmin olunması üçün tədbirlər həyata keçirilib. 2014-cü il üçün 7 yeni elektron xidmətin yaradılması nəzərdə tutulur və onların tətbiqi istiqamətində işlərə başlanılıb. Bu xidmətlər dövlət əmlakının icarə haqqı borcu barədə məlumatın verilməsini, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və yaxud ləğvini, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsini əhatə edir. Hazırda vətəndaşların istifadəsində olan 22 “e-xidmət”dən 2-si informativ, 20-si isə interaktivdir. Ümumilikdə, indiyədək elektron xidmətlər vasitəsilə komitənin qurumlarına 62 minə yaxın elektron müraciət daxil olub.

Komitə sədri hesabat dövrünün mühüm uğurları sırasında daşınmaz əmlakın qeydiyyatında onlayn xidmətlərin, Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqini və qeydiyyat xidmətlərinin vətəndaşların ünvanına çatdırılması ilə bağlı mobil ofislərin təşkilini xüsusilə qeyd edib. Bu, təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır. İndiyədək onlayn xidmətlər vasitəsilə 48 mindən çox müraciət alınıb.

Qısa müddətdə mobil ofislər vasitəsilə 3 minə

yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib

Komitə sədri bildirib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərin rahatlığını təmin etmək və sosial amillərin gücləndirilməsi məqsədilə mobil ofis xidmətləri təşkil edilib. Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar) ünvanına çatdırılır. Müasir avadanlıqlarla təchiz olunmuş xüsusi nəqliyyat vasitələri bu işi yüksək səviyyədə qurmağa imkan yaradır. Yuxarıda qeyd olunan kateqoriyaya aid vətəndaşların müraciətləri əsasında indiyədək Bakı şəhərində və regionlarda mobil ofislər vasitəsilə 3000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

Fəaliyyətin müasirləşdirilməsi istiqamətində atılan addımlardan biri də kompleks İKT tədbirlərinin həyata keçirilməsidir. Bunun üçün beynəlxalq məsləhətçilərlə birgə komitənin uzunmüddətli İKT strategiyası hazırlanıb. Hazırda qabaqcıl texnologiyalar əsasında fəaliyyət göstərəcək Daşınmaz Əmlak Məlumat İdarəetmə Mərkəzi tikilir. Həmçinin Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə əlaqədar rəqəmsal məkan məlumatları bazasının yaradılması, mövcud qeydiyyat və kadastr məlumatlarının elektronlaşdırılması, bazaya transfer edilməsi sahəsində zəruri tədbirlər görülüb.

Beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Ötən dövrdə komitə Dünya Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası, Almaniyanın KfW Bankı, İsveçrənin İqtisadi Əməkdaşlıq Katibliyi (SEKO), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Norveç Kadastr Təşkilatı ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlığı davam etdirib. May ayında komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının komitə iclasında, BMT-yə üzv dövlətlərin əmlak idarəçiliyi nazirlərinin görüşündə və Geoməkan Dünya Forumunda, habelə “İntellektual şəhərlər üçün daşınmaz əmlak informasiya sistemləri” mövzusunda keçirilən beynəlxalq konfransında iştirak edib.

Dünya Bankının dəstəyi ilə daşınmaz əmlakın qeydiyyatı layihəsinin icrası uğurla davam etdirilir. Layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı sistemi müasirləşdirilir, şəffaflığın artırılması məqsədilə qeydiyyat və kadastr sahəsində hüquqi maarifləndirmə və ictimai agahlıq tədbirləri təşkil olunur.

İctimai maarifləndirmə və vətəndaşların

qəbulu diqqət mərkəzindədir

2014-cü ilin iyun ayında Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsinin müasir texnologiyalar əsasında dizayn və keyfiyyət baxımından təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib.

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı müvafiq tədbirlər görülüb.

Lənkəran, Mingəçevir, Şamaxı və Şirvan şəhərlərində hüquqi maarifləndirmə seminarları təşkil olunub. Dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunması məsələsi nəzarətdə saxlanılıb.

Xüsusi önəm verilən məsələlərdən biri də vətəndaşların qəbulu və müraciətlərinin təmin olunmasıdır. Belə ki, komitə sədri tərəfindən yanvar-iyun aylarında regionlarda keçirilmiş 6 qəbul zamanı 200-ə yaxın vətəndaşın müraciətinə baxılıb. Qaldırılan məsələlərdən bir çoxu yerində həllini tapıb. Vətəndaşların müraciət və sorğularının operativ cavablandırılması, şəffaflığın təmin edilməsi məqsədi ilə fəaliyyət göstərən 193 nömrəli qaynar xəttə 350 müraciət daxil olub. Müraciətlərin qanunvericiliyə uyğun olaraq cavablandırılması təmin edilib.

Altı ayda 97700-ə yaxın daşınmaz əmlak qeydiyyata alınıb

Müşavirədə komitənin struktur bölmə və qurum rəhbərlərinin çıxışları da dinlənilib. Qeyd olunub ki, hesabat dövründə 370-ə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 270-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Habelə 260-a yaxın qeyri-yaşayış sahəsi və 200-dən çox torpaq sahəsi icarəyə verilib. Keçirilən 25 pul hərracında 17 səhmdar cəmiyyətin səhmləri, investisiya müsabiqələri vasitəsilə 4 dövlət müəssisəsi özəlləşdirilib. Dövlət əmlakından səmərəli istifadəyə nəzarət qaydasında 170-dən çox monitorinq keçirilib.

2014-cü ilin ötən dövründə 97700-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb (27500-dən çox ilkin qeydiyyat, 70200-ə yaxın təkrar qeydiyyat). Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 73300-ə yaxın yüklülük (məhdudiyyət) arayışı (48 mindən çoxu onlayn üsulla) verilib. Həmçinin 21000-dən çox ipoteka müqaviləsi qeydə alınıb, 84000-dən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb.

Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası

ilin sonunadək hazır olacaq

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri hesabat dövründə də davam etdirib. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılıb. Hazırda Bakı şəhərinin 5 rayonunu (Səbail, Yasamal, Nəsimi, Nərimanov və Xəzər rayonları) tam əhatə edən 46,5 min hektar ərazidə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Paralel olaraq respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, Almaniya Hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin bütün ərazisini əhatə edən tam məzmunlu kadastr işlərinə başlanılıb.

Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi istiqamətində də iş aparılır.

Ümumilikdə Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazasının yaradılması işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

2014-cü ilin mart ayından etibarən Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir. Yeni ünvan sistemi mərhələlərlə tətbiq olunacaq.

İyulun 1-nə olan məlumata görə, paytaxtın 1325 küçə və prospektindəki obyektlərin giriş ünvanı, 128 küçə və prospektdəki obyektlərin daxili ünvanı təyin edilib. Bu istiqamətdə işlər Sumqayıt və Gəncə şəhərində də aparılır.

Ötən dövr ərzində Bakı şəhərinin 151 küçə və prospektində daşınmaz əmlak obyektlərinə giriş və bina ünvan lövhələri quraşdırılıb (5281 bina ünvan lövhəsi və 24933 giriş lövhəsi). Eyni zamanda park informasiya lövhələrinin və küçə istiqamət nişanlarının quraşdırılması işlərinə başlanılıb.

Qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar verilib

Komitə sədri müşavirənin sonunda qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlarını verib. Tapşırıqlar əsasən komitənin bütün struktur bölmə və qurumlarında müasir iş metodlarının tətbiqi, şəffaflığın və səmərəliliyin artırılması, elektron və onlayn xidmətlərin, qeydiyyat xidmətləri ilə bağlı mobil ofislərin sürətlə genişləndirilməsi barədə olub. Həmçinin normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində qanunvericilik layihələrinin hazırlanması, İKT tədbirlərinin gücləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tapşırıqlar verilib.

2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar komitənin səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsində müasir metodların və güclü nəzarət mexanizminin tətbiqi də mühüm vəzifə kimi qarşıya qoyulub.

Komitə sədrinin dövlətə məxsus torpaq sahələrinin əsassız istifadə, zəbtolma, təyinatının dəyişdirilməsi, qanunsuz tikintilərin aparılması hallarının qarşısının alınması, regionlarda dövlət torpaqlarının özəlləşdirilməsi prosesinin təşviqi və sürətləndirilməsi, daşınmaz əmlaklar barədə idarəetmə, qeydiyyat və kadastr məlumatlarının vahid məlumat bazasında birləşdirilməsi istiqamətində tapşırıqları da rəhbər və məsul şəxslərin diqqətinə çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Panama kanalında suyun səviyyəsi azalır

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

Bakıda “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” mövzusunda tədbir təşkil olunub

"Asiya uşaqları" Oyunları: Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar

İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb

Britaniya alimləri: ChatGPT botunun imtahan nəticələri tələbələrdən daha yüksəkdir

Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb VİDEO

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçaları və daşlardan təmizlənir

Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır

Laçında hind filmi çəkiləcək

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Elmar Qasımov IELTS-də yüksək nəticə əldə edən tələbələrlə görüşüb

Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ekologiyası haqqında biblioqrafik göstərici nəşr edilib

Azərbaycan güləşçilərinin Olimpiada hazırlığı: Hədəf yüksək nəticələr qazanmaqdır

Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Pedaqoji Universitetdə kadr potensialı gəncləşdirilir - statistika

Sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi - vebinar

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Həkim-pediatr: Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq abunəçiyə SMS göndərilib

Everest dağında qar və buzların əriməsi nəticəsində qorxunc mənzərə üzə çıxıb

Gələn il Bakıda investisiya forumu keçiriləcək

KIV: Polşa ordusu icazəli silahı olan vətəndaşları əməkdaşlığa cəlb edir

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı olub

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Paytaxtın Bakıxanov qəsəbəsində yanğın təhlükəsi olan hamam və kafenin fəaliyyəti dayandırılıb

Külli miqdarda narkotik vasitənin Xəzər dənizi vasitəsilə ölkəmizə keçirilməsinin qarşısı alınıb

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 31 qanun və qərar qəbul edilib

Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır

Samoanın səfiri: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqət təqdirəlayiqdir

Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Viktor Orban Ursula Fon der Lyayenin əleyhinə səs verib

TƏBİB-də “Açıq qapı” günü keçirilib

32 ildir itkin düşmüş sayılan şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırılıb

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı Qanuna dəyişiklik edilir

Monqolustanda parlament seçkiləri keçirilir

Çin lideri Qlobal Cənub Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Huqo Qevara: İngilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim yararlanıb

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər təsdiqlənib

Fermer Qadınların Respublika Platforması yaradılacaq

“Laçın Könüllüləri” qrupuna qeydiyyat başlayıb

Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib

TƏBİB-in “815” saylı Çağrı mərkəzinə bir gündə 700-800 müraciət daxil olur

“Neftçi” daha bir futbolçu ilə vidalaşıb

Lənkəranda texniki təhlükəsizlik mövzusunda müşavirə keçirilib

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılacaq

Şuşada gənclərin turizm peşə hazırlığı mərkəzi açılacaq

"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

Yan Vanmin: Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri zənginləşərək strateji səviyyəyə yüksəlib

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib

“Baku ID” innovasiya festivalının ikinci gününə start verilib VİDEO

Süd və süd məhsullarının ölkəyə idxalı qaydaları ilə bağlı videoçarx hazırlanıb

“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb

Fukuşima AES-in suyunun okeana axıdılmasının 7-ci mərhələsi başlayıb

FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir

Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib YENİLƏNİB VİDEO

“Qarabağ” akademiyasının koordinatoru: Azərbaycanda Avropa səviyyəsinə qalxa biləcək futbolçular var - MÜSAHİBƏ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Rəsulzadə

Göyçay çayına gələn sel Cəyirli kəndində əkin sahələrini yarasız hala salıb VİDEO

Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Nazir müavini: Könüllülük fəaliyyətləri ölkəmizdə gedən proseslərin güzgüsüdür

FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub

Azərbaycan Yaponiya ilə icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi edib

Peru sahillərində 7,2 bal gücündə zəlzələ baş verib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üzrə müsahibənin nəticələri açıqlanıb

Həkim: Çimərlik üçün ən optimal vaxt saat 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır

DİM: 2500-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə test imtahanı verəcək

“Neftçi” klubu qapıçısı ilə yollarını ayırıb

İranın Ali Rəhbəri növbədənkənar prezident seçkilərində səs verib

FHN: Hacıqabulun subasmaya məruz qalan ərazilərində təxirəsalınmaz tədbirlər görülür VİDEO

BANM rektoru əcnəbi tələbələrlə görüşüb

BMT-nin Baş katibi: Bakıda keçiriləcək COP29-da qətiyyətli addımlar atılmalıdır, əks halda, dünya uçuruma yuvarlanacaq

May ayında sosial müavinət və təqaüd alanlar 850 minə yaxın olub

Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

CNN: Baydenin debatdakı çıxışı demokratları məyus edib

Bu il Cəbrayıl şəhərinə və rayonun bir neçə kəndinə köç planlaşdırılır

Hindistanda mikroavtobus yük maşını ilə toqquşub, azı 13 nəfər ölüb

Hikmət Əlizadə: Son üç ildə ölkədə məişət tullantılarının idarə olunması ilə bağlı 4 mindən çox pozuntu halı qeydə alınıb

Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası”nda yaxın vaxtlarda bir neçə müəssisə fəaliyyətə başlayacaq

İndiyədək Ağdam Sənaye Parkında 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

Azərbaycan çempionu Monteneqro millisinin qapıçısını transfer edib

Zəngilanda 2 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

İranda növbədənkənar prezident seçkiləri keçirilir

TƏBİB-ə daxil olan müraciətlərin sayı açıqlanıb

ADA Universitetində ingilis dili müəllimlərinin konfransı keçirilib

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, intizam icraatı üzrə işlərə baxılıb

Milli Məclis 15 məsələnin müzakirəsinə başlayıb

E-sosial.az portalının 1 milyon 553 mindən çox aktiv istifadəçisi var

Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyi ilə əlaqədar videoçarx hazırlanıb