ƏMMAN-BAKI TƏYYARƏ REYSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 1-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Əmman-Bakı reysi ilə uçan ilk təyyarəni qəbul etmişdir.
İordaniyanın “Royal Falkon” şirkətinə məxsus təyyarə Bakı vaxtı ilə saat 14.00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enmişdir. Təyyarənin sərnişinləri dövlət rəsmiləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və İordaniya parlamentinin nümayəndələrindən ibarət olmuşdur.
İordaniya Turzim Komitəsinin sədri Akel Biltaj ölkələrimiz arasında çox gözəl əlaqələr olduğunu, bu reysin açılışının əməkdaşlığın bütün sahələrinin inkişafına müsbət təsir edəcəyini demişdir. O demişdir ki, ölkələrimiz arasında məsafə uzaq olsa da, təyyarə reysi bir növ körpü rolunu oynayacaqdır.
İordaniyanın milli aviasiya şirkəti gələcəkdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından tranzit kimi də istifadə etməyi planlaşdırır. Uçuşlar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə müştərək, həftənin 1-ci və 4-cü günləri “Boing” təyyarələri ilə həyata keçiriləcəkdir. Sərnişinlər məsafəni 3 saata qət edəcəklər.
Reysin açılması barədə razılıq Azərbaycan Prezidenti İlham Əliyevin ötən il İordaniyaya səfəri zamanı əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]