ENERGETİKLƏR İDMANA QAYĞI GÖSTƏRİRLƏR
Azərbaycan DRES-in tikinti bölmələri və “Azərenerjixüsusitəmirtikinti” Mingəçevirdə sambo və cüdo üzrə salon yaradılması üçün kompleks işlər yerinə yetirmişlər.
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, idman salonu müasir standartlara uyğun tam təmir və təchiz edilmişdir.
Qeyd olunmuşdur ki, son aylar ərzində “Azərenerji” SC-nin bölmələri Mingəçevirin yaşayış massivlərində uşaqlar üçün 26 idman meydançası tikmişdir. Meydançaların 14-ü energetiklər qəsəbəsində yerləşir. Hazırda şəhərdə daha bir neçə idman meydançası tikilir.