İDMAN
Ər-Riyadda azərbaycanlı sumoçuların da iştirak etdiyi ümumdünya etno festival başa çatıb
Bakı, 21 mart, AZƏRTAC
Ər-Riyadda azərbaycanlı sumoçuların da iştirak etdiyi ümumdünya etno festivalına yekun vurulub.
Azərbaycan Sumo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparıblar. İdmançılarımız turnirdə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanovun rəhbərliyi ilə iştirak edib. Azərbaycan idmançılarından Camal Feyziyev mas-reslinq, sərbəst və kəmər güləş növlərində, Vasif Səfərbəyov isə milli güləşdə birlikdə 4 bürünc medal qazanıblar.
Qeyd edək ki, görüşlərin idarə olunmasında ölkəmizi Məmmədvəli Mustafayev, Rəsul Həsənov və Fikrət Məlikov təmsil edib.