Azərbaycan Dövlət İnformasiya Agentliyi

ERMƏNİ XİSLƏTİNİN GÜZGÜSÜ OLAN KİTAB İNGİLİS DİLİNDƏ

“Gürcüstanda “erməni”, yoxsa gürcü kilsələri?!” kitabı hələ 1996-cı ildə yazılmış, çap olunmuş, ancaq təəssüf ki, keçən ilə qədər oxucu üzünə həsrət qalmışdı. Müəllifi gürcü alimi professor Bondo Arveladze, redaktoru tarix elmləri doktoru A.Abdaladze, rəyçiləri akademik M.Lordkipanidze, dosentlər S.Vardosanidze və Z.Sxirtladze olan bu kitab Sulxan-Saba Orbeliani adına Tbilisi Dövlət Universiteti tərəfindən nəşr edilmişdir. Kitaba məşhur gürcü mütəfəkkiri İlya Çavçavadzenin “Daşların fəryadı” əsərində ermənilərə xitabən dediyi bu sözlər epiqraf seçilmişdir: “Bizim üçün yaxşı idi, pis idi, biz sizi qəbul etdik, qardaş kimi sığınacaq verdik, heç olmasa, öz evimizdə bizə düşmən olmayın”. 

Bondo Arveladzeni bu kitabı yazmağa vadar edən Samvel Karapetyan adlı birisinin 1995-ci ildə Yerevanda erməni dilində nəşr etdirdiyi “Gürcüstanda erməni kilsələri” xəritə-məlumat kitabçası olmuşdur. Kitabça Yerevandakı erməni memarlığının tədqiqi təşkilatının xətti ilə buraxılmışdır. Həmin təşkilatın hələ 1992-ci ildə erməni, rus və ingilis dillərində nəşr etdiyi “Axalkalak” adlı rəngli bukleti gürcü ziyalılarının kəskin etirazına səbəb olmuş, akademik R.Metreveli, professor N.Şoşiaşvili və başqaları ona sərt cavablar vermişdilər. Lakin xislətini dəyişə bilməyən erməni tarixçiləri onlara verilmiş cavablardan nəticə çıxarmayaraq, bütün dövrlərdə olduğu kimi, yenə də öz işlərində idilər və bu gün də onu utanmadan davam etdirirlər.

Hələ İlya Çavçavadzenin dövründə erməni tarixçilərinin nə vaxtsa ağıllanacaqlarını və həqiqət yoluna qayıdacaqlarını güman edən gürcü ziyalıları xristian “qardaşlarının” qədim zamanlardan başlanan xəyanətkarlığının bu gün daha həyasız şəkildə təzahür etməsinə dözə bilməyərək, onların Gürcüstandakı bütün xristian kilsələrini əsassız olaraq öz adlarına çıxmasına etirazlarını bildirmişlər. Çünki ermənilər əvvəlcə tarixi abidələrə sahib çıxır, sonra da həmin abidələrin yerləşdiyi ərazilərin elə dünya yaranandan onların olduğunu sübut etməyə çalışırlar. Azərbaycanın tarixi torpaqlarındakı qədim alban kilsələrinin və Dağlıq Qarabağın taleyi hamımıza bəllidir.

Yeri gəlmişkən, erməni aliminin “erməniləşdirdiyi” tarixi abidələrin bir qismi vaxtilə mesxeti türklərinin yaşadıqları ərazilərdə, habelə azərbaycanlıların qədimdən yığcam yaşadıqları Borçalı mahalında yerləşir.

Qəribədir ki, Samvel Karapetyanın qəsdən yol verdiyi təhrifləri elmi cəhətdən tam əsaslandırılmış faktlarla ifşa edən bu kitabın Gürcüstanın özündə yayılması, əslində, qadağan olunmuş, guya bunun gürcülər və ermənilər arasında ciddi nifaq sala biləcəyindən ehtiyat etmişlər. Lakin qonşu Gürcüstanla sıx əlaqə saxlayan və xeyriyyəçiliyi ilə yaxşı tanınan bir eloğlumuz müəllifə olan dostluq münasibətinə görə onu Azərbaycana dəvət etmiş və kitabın satışa buraxılmayan nüsxələrini əldə edərək yayılmasına kömək etmişdir.

Kitabın çox böyük tarixi və elmi əhəmiyyəti olduğunu, erməni alimlərinin hər şeyi özününkiləşdirmək xəstəliyinin ifşasına həsr edildiyini nəzərə alsaq, onun təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda yayılmasının nə qədər vacib olduğunu isbat etmək artıqdır. Məhz belə məsələlərə indiyədək kifayət qədər diqqət yetirilmədiyindən, tutarlı cavab verilmədiyindən ermənilər öz istədiklərini etmiş, mövcud olmayan “zəngin” tarixlərini yaratmış, sonrakı nəsillərə isə bunu əsl həqiqət kimi sırımışlar.

Kitabda bu cəhətdən çox maraqlı bir fakt diqqəti cəlb edir. Həmin “xəritədə” S.Karapetyan ermənilərin adına çıxdığı 638 kilsədən söhbət açdığı halda, ona yazdığı annotasiyada bu kilsələrin sayının 650 olduğunu göstərir. Gürcü alimi B.Arveladze haqlı olaraq sual verir: Bu uyğunsuzluq təsadüfdür, yoxsa müəllifin istəyinin ifadəsidir?!

Çox böyük elmi, tarixi və siyasi əhəmiyyəti olan bu kitabın beynəlxalq ictimaiyyətin diqqətinə catdırılmasına kömək göstərmək üçün gürcü dostlarımızın müraciətinə biganə qala bilməyən tanınmış vətənpərvəp ziyalımız, dünya şöhrətli alim, akademik Cəlal Əliyevin təşəbbüsü və himayəsi ilə bu günlərdə həmin kitab ingilis dilində də çıxmışdır. Qafqaz Universitetinin rektoru, professor Hamlet İsaxanlının tərcümə etdiyi kitab həmin universitet tərəfindən buraxılmışdır.

İnanırıq ki, bu kitab erməni alimlərinin tarixi saxtalaşdırmaq fəaliyyətini ifşa etmək və ermənilərin xəyanətkar xislətini dünyaya tanıtmaq işində ciddi rol oynayacaqdır.

Qeyd etmək lazımdır ki, hələ 1989-cu ildən erməni separatizminin və terrorçuluğunun əleyhinə cəsarətlə çıxış edən mübariz alim və fədakar insan Cəlal Əliyev ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri cinayətləri, xəyanətləri ifşa edən maraqlı bir kitab üzərində də öz işini başa çatdırmaqdadır. Kitab bu yaxınlarda oxuculara təqdim olunacaqdır. Akademik bu işləri özünün və hər bir Azərbaycan ziyalısının vətəndaşlıq borcu hesab edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH