Ermənistan-Azərbaycan münaqişəsinin həlli İslam Əməkdaşlıq Təşkilatı üçün ən prioritet məsələdir
Bakı, 16 avqust, AZƏRTAC
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üçün ən prioritet məsələdir.
AZƏRTAC xəbər verir ki, bu fikir İƏT Səfirlər və Diplomatik Missiya Rəhbərləri Şurasının üzvlərinin Mexiko şəhərində keçirdikləri görüşdə səsləndirilib. Meksika Deputatlar Palatasında keçirilən görüşdə Şuranın sədri Yasir Şaban bildirib ki, İƏT prioritet təşkil edən məsələlərdə Meksikanın da davamlı dəstəyinə ümid bəsləyir.
Xatırladaq ki, İƏT tərəfindən qəbul olunmuş qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü qəti şəkildə pislənilir və ondan işğalçılıq siyasətinə son qoyulması tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 12.06.2026 [12:47]