Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanda təşviş və “KTMT üzrə strateji müttəfiq”ə görə məyusluq artır

Bakı, 12 iyun (AZƏRTAC). Ara Meliksetyan imzalı birisinin “Qolos Armenii” adlı erməni nəşrinin saytında “Amerikansayağı sürpriz” sərlövhəli məqaləsi aşkar təşviş ruhu ilə seçilir. Müəllif ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsinin həlli üçün münaqişə tərəflərinə tezliklə Parisdə “yeni yanaşma” təqdim ediləcəyi barədə vədindən qorxuya düşərək, bunun nə demək olması barədə müxtəlif gülünc versiyalar irəli sürür. Müəllif gileylənir ki, Hillari Klinton tərəfləri sülh bağlamağa məcbur edə biləcəyi halda bunu etməmişdir. Meliksetyanın fikrincə, bu fakt “Amerikanın nüfuzunu şübhə altına alır”. Başqa dövlətə qarşı təcavüz törətmiş və onun ərazisini işğal etmiş dövlətin vətəndaşının qələmi ilə yazılmış bu sözləri oxumaq heyrət doğurur.

Meliksetyan yazır: “Razılaşın ki, bu, Klintonun sülhü təmin etmək istəyi barədə dediklərinin səmimiyyətinə inansaq ilk növbədə fövqəldövlətin gücsüzlüyünə dəlalət edir. Axı, belə çıxır ki, amerikalılar qan tökülməsinə son qoymaq istəyir, amma bunu bacarmırlar... Bəlkə əksinə, onlar bunu bacarır, amma istəmirlər. ABŞ-ın münaqişə tərəflərinə təsir göstərmək üçün bütöv rıçaqlar kompleksinə malik olmasını nəzərə alsaq, bizim fikrimizcə, bu versiya həqiqətə daha çox oxşayır”.

Yenə də hamının zəhləsini tökmüş üsul - kömək üçün qorxaqcasına üçüncü tərəflərə müraciət! Tarix boyu həmişə olduğu kimi axırda üçüncü ölkələrin işə qarışmasını və sizi cəzadan xilas etməsini xahiş edəcəkdinizsə, onda bu təcavüzə nə üçün başlayırdınız? Ermənilər türk kişilərin dünya müharibəsinin uzaq cəbhələrində qəhrəmanlıqla döyüşdüyü, Çanaqqalada canlarından, qanlarından keçdiyi, Vətən uğrunda 1914-1915-ci illərdə qaldırdığı qiyamı və döyüş əməliyyatları zonasında, sonra isə Şərqi Anadolunun işğal edilmiş hissəsində yüz minlərlə dinc türkü qətlə yetirməsini, eyni zamanda, şəhid olduqları bir vaxtda, xatırlasalar, pis olmaz. Məgər aydın deyildimi ki, haçansa bu ordu geri qayıdacaq, arxa cəbhədəki, işğal edilmiş vilayətlərdəki biabırçılığa son qoyacaq, hökmən qayda yaradacaqdır? Məgər aydın deyildimi ki, türk döyüşçülərinin arxa cəbhədə qoyub gəldikləri uşaqların, arvadların, valideynlərin qətlə yetirilməsinə görə qisas alması labüddür və belə alçaqlığı, xüsusən müharibə dövründə, bağışlamırlar? Məgər aydın deyildimi ki, erməniləri dilə tutub qiyam qaldırmağa sövq edən üçüncü qüvvələr onların köməyinə gəlməyəcəklər? İndi də belədir: Ermənistanda Azərbaycana qarşı təcavüz törədənlər yəni doğrudanmı ümid edirlər ki, Azərbaycan hər şeyi necə varsa elə saxlayacaq, yaxud dünya dövlətləri erməni ordusunu başqa dövlətin ərazisində darmadağın olunmaqdan xilas etməyə gələcəklər?

Müəllif “balaca, yoxsul Ermənistanı” müdafiə etməyə gəlməyən “KTMT üzrə strateji müttəfiqi”ndən inciməsini də gizlətmir. Qeyd etmək lazımdır ki, Meliksetyanın üçüncü dövlətin ordusunun birbaşa “məsuliyyət zonası” adlandırdığı vətəni “müstəqil” hesab edilə bilməz: “...Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə, yəni Rusiyanın 102-ci hərbi bazasının məsuliyyət zonasına soxulmağa çalışır”.

Meliksetyanın məqaləsində diqqəti cəlb edən daha bir mühüm məqam var. O yazır: “RF XİN-in yanaşmalarında Rusiya ilə Ermənistan arasında hərbi sahədə müttəfiqlik münasibətlərinə dəlalət edən nüansları görmək olmur. Moskva Ermənistan və Azərbaycan tərəfləri arasında ənənəvi şəkildə bərabərlik işarəsi qoymaqla, çox ehtimal ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri rolunda çıxış etmişdir. Bu isə, razılaşın ki, indiki şəraitə əsla adekvat deyildir”.

Görünür, Meliksetyan anlamır ki, əgər, onun fikrincə, Rusiya danışıqlar prosesi çərçivəsində neytral vasitəçidən daha çox KTMT üzrə müttəfiqdirsə, onda ATƏT-in Minsk qrupunun tərkibində belə mediator ümumiyyətlə olmamalıdır. Ya da bu halda Minsk qrupunda “Ermənistanın KTMT üzrə strateji müttəfiqi” ilə yanaşı, Azərbaycanın strateji müttəfiqi Türkiyə də olmalıdır. Münaqişə tərəfləri Minsk qrupunda Meliksetyanın strateji müttəfiqləri ilə deyil, neytral dövlətlərlə işləyirlər.

“Andrey Smirnov” təxəllüsü ilə gizlənən başqa bir erməni müəllifin məqaləsində də təşviş əhval-ruhiyyəsi duyulur (http://regnum.ru/news/fd-abroad/armenia/1539937.html). Aşağıda gətirilən sitatın şərhə ehtiyacı yoxdur, lakin bu sitat ermənilərin üçüncü dövlət tərəfindən dəstəklənmək ümidlərinin puç olmasını açıq-aşkar əks etdirir. Ermənilər praktiki olaraq həmin dövlətin xeyrinə özlərinin müstəqilliyindən imtina etmişlər. Məqalədə deyilir: “Rusiyanın Türkiyəyə münasibətdə mövqeyi barədə də çoxlu suallar yaranır. Bu cür yaxınlaşma Moskvanın nəyinə gərəkdir? Türkiyə Rusiyanın mənafelərinə qarşı çıxmasını gizlətmir. O, Moskvanın Suriyaya münasibətdə mövqeyini dəstəkləmir, öz ərazisində ABŞ raketdənmüdafiə elementlərini quraşdırır, neft-qaz sahəsində Rusiyanın maraqlarına zərbə vurur. Rusiya anlamalıdır ki, Türkiyəni Rusiyanın ağuşuna süni şəkildə atmışlar, burada tamam başqa məna var və bu sümüyün üstünə atılmağa dəyməz. Türkiyə heç vaxt etibarlı müttəfiq və ya heç olmasa bitərəf ölkə olmayacaqdır. O, NATO-nun üzvü kimi özünün genişlənmiş ambisiyalarını aşkar nümayiş etdirir. Bir məsələ də aydın deyil, Rusiyanın dostu və hərbi-siyasi müttəfiqi kimdir - Ermənistan, yoxsa Azərbaycan. Azərbaycanı silahla təchiz etmək və bu ölkənin vətəndaşlarına hərbi ixtisasları öyrətmək Rusiyanın nəyinə gərəkdir? Bu, qladiatorların bəslənməsinə oxşayır! Hərçənd, bunu qüvvələr balansını saxlamaq siyasəti də adlandırmaq olar. Lakin balans çoxdan pozulmuşdur! Ermənistan regionda Rusiyanın yeganə müttəfiqi və KTMT-nin üzvüdür. Yerevanda bütün bu faktlar ürək acısı ilə qəbul edilir. Əgər Ermənistan Rusiyaya lazım deyildirsə, onda növbədə İran dayanır, o, Rusiyanın təsir dairəsini böyük məmnuniyyətlə tutar. İran Ermənistanın Dağlıq Qarabağı itirməsinə də imkan verməz. Belə bir ssenari təhlükəsi yaranacağı halda İran öz qoşunlarını regiona daxil edəcəkdir, çünki bu da İran üçün ölüm-dirim məsələsidir”.

Şərhə ehtiyac yoxdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb