Ermənistanın ədliyyə naziri: Bu ölkədə mövcud parlament idarəçiliyi sistemində nazir işləmək mümkün deyil
Tbilisi, 1 oktyabr, AZƏRTAC
Ermənistanın ədliyyə naziri Qriqor Minasyan vəzifəsindən istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir özü açıqlama yayıb.
O deyib ki, Ermənistanda mövcud parlament idarəçiliyi sistemində nazir işləmək çox çətindir. Parlament idarəçiliyi, xüsusən də deputatların özbaşınalığı fonunda işləmək çətin olduğu üçün vəzifəmdən istefa verirəm.
“Əlbəttə, mən qalıb işləyə bilərdim. Amma bunun faydasını görmürəm. Ona görə də istefa verirəm. Bundan sonra özəl sektorda çalışacağam”, – deyə Qriqor Minasyan vurğulayıb.
Nazir istefa ərizəsini baş nazir Nikol Paşinyana təqdim etdiyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]