ERMƏNİSTANIN YÜZƏDƏK SAKİNİ GÜRCÜSTANA QEYRİ–QANUNİ KEÇDİYİNƏ GÖRƏ SAXLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan hüquq mühafizə orqanlarının əməkdaşları gürcü-osetin münaqişəsi zonasındakı Erqneti kəndi ərazisində Ermənistana məxsus 2 avtobus və 3 “KaMAZ” markalı yük maşınını saxlamışlar. Bunlarda 100 nəfərədək Ermənistan vətəndaşı var. Onlara bildirilmişdir ki, əvvəlcə Rusiyanın “Yuxarı Lars”, sonra isə Gürcüstanın “Kazbeqi” nəzarət-buraxılış məntəqələrində (hər iki məntəqə sərhədin Şimali Osetiya sahəsində yerləşir) müvafiq rəsmi prosedurdan keçməlidirlər, əks halda, Gürcüstan ərazisinə buraxılmayacaqlar.
Orta Kartli bölgə polis idarəsindən verilən məlumata görə, ermənilər Rusiyadan Gürcüstana qeyri-qanuni yolla, Cənubi Osetiya hakimiyyət orqanlarının nəzarət etdiyi Roki tunelindən keçərək gəlmişlər. Gürcüstan-Rusiya sərhədinin həmin sahəsi isə Tbilisi tərəfindən bağlı elan olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]