Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Toomas Hendrik İlvesə
Hörmətli cənab Prezident,
Əziz Dostum,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişləndirilməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 fevral 2014-cü il.