MƏDƏNİYYƏT
“Eurovision-2012” müsabiqəsi Azərbaycan milli seçim turunun yeddinci həftəsi başlayır
Bakı, 9 yanvar (AZƏRTAC). Yanvarın 9-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının seçilməsi üçün keçirilən milli seçim turunun yeddinci həftəsi başlayır.
AZƏRTAC xəbər verir ki, telekanalın canlı efirində Azərbaycanı bu mötəbər yarışmada təmsil etmək üçün növbəti 9 iştirakçı 5 gün ərzində yarışacaqdır.
Bu həftə mübarizəyə Erkin Osmanlı, “Ad Gloriam” qrupu, Ayla İdrisova, Kamran Abdullayev, Səbinə Babayeva, Xana Həsənova, Xəyal Tağıyev, Natiq Bağırov və Azər Səlimli qoşulacaqlar.
Namizədlər milli seçim mərhələsində səs imkanları və səhnə qabiliyyətlərini nümayiş etdirəcəklər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların və münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən olunacaqdır. Seçim turunun proqramına əsasən, bu axşam müğənnilər dünya estradasından nümunələr ifa edəcəklər.