Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb
Bakı, 25 aprel, AZƏRTAC
Binəqədi və Nərimanov rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 450 manat pul və 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Mehdiyev və əvvəllər məhkum olunmuş İ.Həbibov saxlanılıb.
Binəqədi rayonunda E.Səmədlinin 450 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini E.Məmmədov isə rayon polis idarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.