Əvvəllər məhkum olunmuş şəxsin mənzilindən iki kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 29 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Babayev Nərimanov rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 20 qramdan artıq heroin aşkarlanıb.
Davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin mənzilindən 1 kiloqram 780 qram heroin, 560 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi iki bank kartı götürülüb.