Azərbaycan Dövlət İnformasiya Agentliyi

FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ BƏŞƏR TARİXİNİN ƏN BÖYÜK HADİSƏLƏRİNDƏN BİRİDİR AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV 9 MAY QƏLƏBƏ BAYRAMI MÜNASİBƏTİLƏ KEÇİRİLƏN MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Böyük Vətən müharibəsində, İkinci dünya müharibəsində faşizm üzərində qələbənin 57-ci ildönümü - Qələbə bayramı münasibətilə mayın 9-da ölkəmizin paytaxtında təntənəli mərasim keçirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmişdir.

Faşizm üzərində qələbənin əldə olunmasında, SSRİ-nin bu müharibədə qazandığı tarixi qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Bunların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. İkinci dünya savaşında şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır.

Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önünə toplaşmış müharibə veteranları, ictimaiyyətin nümayəndələri, paytaxt sakinləri Azərbaycan Prezidenti Heydər Əliyevi hörmət və ehtiramla, alqışlarla qarşıladılar. Respublikamızın rəhbərinə gül dəstəsi təqdim olundu.

Prezident Heydər Əliyev müharibə veteranlarını səmimiyyətlə salamladı, onların hər birini Qələbə bayramı münasibətilə təbrik etdi.

1941-1945-ci illərin ağır və çətin sınaqlarından keçmiş veteranlar onlara göstərdiyi diqqət və qayğıdan razılıqla danışaraq, ölkəmizin başçısı Heydər Əliyevə dərin minnətdarlıqlarını bildirdilər, onu Qələbə bayramı və ad günü münasibətilə səmimi qəlbdən təbrik etdilər, uzun ömür, cansağlığı arzuladılar.

Azərbaycan Prezidenti Heydər Əliyev xarici ölkələrin Bakıdakı səfirləri ilə, ölkəmizdə səfərdə olan qonaqlarla səmimiyyətlə görüşdü, onları bayram münasibətilə təbrik etdi.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi önünə əklil qoydu, İkinci dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğlunun əziz xatirəsini dərin ehtiramla yad etdi.

Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN

NİTQİ

-Əziz veteranlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli səfirlər və dostlar!

Sizi Böyük Vətən müharibəsində qələbənin 57-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, səadət və uğurlar arzulayıram.

İkinci dünya müharibəsi, Böyük Vətən müharibəsi bəşər tarixində ən dəhşətli, ən qanlı, ən dağıdıcı müharibə olmuşdur. Bu müharibədə Sovetlər İttifaqının xalqları, antihitler koalisiyası - SSRİ, Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa alman faşizmi üzərində misilsiz qələbə çalmışdır. Bu qələbə böyük tarixi əhəmiyyətə malikdir. Əsrlər keçəcək, gələcək nəsillər bu qələbənin bəşəriyyət üçün, dünya üçün, gələcək üçün nə qədər əhəmiyətli olduğunu daha da çox dərk edəcəklər.

Azərbaycan xalqı Sovetlər İttifaqının tərkibində İkinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycanın 600 minə qədər vətəndaşı cəbhəyə göndərilmişdir. Onlar qəhrəmancasına vuruşmuş, yarısından çoxu geriyə dönməmiş, özlərini qurban vermiş, həlak olmuşdur. Zəfərlə qayıdan Azərbaycan oğulları isə 1945-ci ilin 9 mayından indiyədək xalqımız üçün, millətimiz üçün böyük qələbənin rəmzidir. İllər keçir, nəsillər nəsilləri əvəz edir, veteranlar bu gün də yaşayırlar. Biz hamımız böyük məmnuniyyət hissi keçiririk ki, Böyük Vətən müharibəsinin veteranları bu gün bizimlə bərabərdir, xalqın içindədir, ictimai-siyasi fəaliyyətlə məşğuldurlar və xalq, müstəqil Azərbaycan dövləti qarşısında öz xidmətlərini göstərirlər.

Azərbaycan xalqı faşizm üzərində qələbəyə arxa cəbhədə də böyük töhfələr vermişdir. O illərdəki müharibə motorlar müharibəsi idi. Tanklar, təyyarələr, maşınlar müharibəsi idi. Bunların hamısı üçün birinci növbədə yanacaq lazım idi. O illərdə Sovetlər İttifaqında neftin 75 faizindən çoxu Azərbaycanda hasil olunurdu, burada emal edilirdi və böyük çətinliklərlə cəbhəyə göndərilirdi. Ona görə də biz faşizm üzərində qələbənin 57-ci ildönümünü qeyd edərkən, eyni zamanda, bu qələbənin əldə olunmasında arxa cəbhədə fədakarlıqla çalışmış Azərbaycan övladlarının da xidmətlərini xüsusi vurğulayırıq.

Qələbədən 57 il sonra dünya çox dəyişmişdir. Dünyada böyük proseslər baş vermiş, imperiyalar dağılmış, Sovetlər İttifaqı dağılmış, çox xalqlar öz dövlət müstəqilliyini əldə etmişlər. O cümlədən Azərbaycan da dövlət müstəqilliyini əldə edib, Azərbaycan xalqı öz müstəqil dövlətini qurubdur, müstəqil dövlət kimi yaşayır. Bu, Azərbaycan xalqının XX əsrin sonunda əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bu gün biz müstəqil Azərbaycanda keçmiş tariximizin hər səhifəsinə diqqət yetiririk, hörmət və ehtiramımızı bildiririk. Bu baxımdan 1941-1945-ci illər Böyük Vətən müharibəsi, İkinci dünya müharibəsi Azərbaycan xalqının tarixində də daim yaşayacaqdır.

Əziz veteranlar, biz çox sevinirik ki, sizi bu gün burada sağ-salamat görürük. Siz böyük döyüşlərdən keçmisiniz, sonrakı nəsillərin, bugünkü nəsillərin azad, sərbəst yaşaması üçün xidmətlər göstərmisiniz. Dünyanın faşizm təhlükəsindən xilas olması bəşər tarixi üçün ən böyük, əlamətdar bir hadisədir. Siz məhz bu hadisənin iştirakçılarısınız. Xidmətlərinizi o illərdə də göstərmisiniz, bu gün də Azərbaycan xalqı, müstəqil dövlətimiz qarşısında xidmət göstərirsiniz. Mən sizə səmimi qəlbdən təşəkkür edirəm. Xalqımız sizə daim minnətdar olacaqdır. Faşizm üzərində qələbədə xidmətlərinizə görə sizi, eyni zamanda, bu qələbənin çalınmasında canlarını qurban vermiş, həlak olmuş Azərbaycan övladlarının xatirəsini xalqımız qəlbində daim yaşadacaqdır.

Əziz veteranlar, mən sizi, bütün Azərbaycan xalqını qələbənin 57-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm, xalqımıza, millətimizə, müstəqil Azərbaycan dövlətinə sülh, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısı Heydər Əliyevin nitqi diqqətlə dinlənildi, hərarətli alqışlarla qarşılandı).

 

Sonra müharibə veteranları adından Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov çıxış etdi.

SOVET İTTİFAQI QƏHRƏMANI MƏLİK

MƏHƏRRƏMOVUN ÇIXIŞI

- Əziz və hörmətli Prezidentimiz!

Buraya toplaşan və bugünkü mərasimimizdə iştirak edə bilməyən veteranlar bu bayramı Sizin sayənizdə qeyd edirlər. Əgər Siz olmasaydınız, bu bayramı bizə heç kəs verməyəçəkdi. Siz hakimiyyətə qayıdandan sonra veteranların hörmətini qaldırdınız, onlara öz ehtiramınızı bildirdiniz. Mən nəinki burada olan, eyni zamanda, Azərbaycanda yaşayan bütün veteranların adından Sizi təbrik edirəm.

Sabah Sizin 79 yaşınız tamam olacaqdır. İcazə verin, Sizi bütün veteranların adından ad gününüz münasibətilə təbrik edim. Arzumuz budur ki, 80 yaşınızda Sizi burada marşal formasında görək.

HEYDƏR ƏLİYEV: Mən sizinlə bir yaşdayam?!

MƏLİK MƏHƏRRƏMOV: Cənab Prezident, mən Sizdən bir az böyüyəm.

HEYDƏR ƏLİYEV: Sən məndən böyüksən?

MƏLİK MƏHƏRRƏMOV: Bəli. Yaşda böyüyəm, vəzifədə yox.

HEYDƏR ƏLİYEV: Çox sağ ol, çox sağ ol. Çox məmnunam ki, mən Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovu daim ön cərgədə görürəm. Çox qıvraqdır, çox möhkəmdir. Həmişə çalışır və Azərbaycanın ictimai həyatında özünü çox fəal göstərir. Özü də deyir ki, məndən böyükdür. Yəni yaşlıdır. Sağ ol, təşəkkür edirəm.

MƏLİK MƏHƏRRƏMOV: Çox sağ olun. Sizə cansağlığı arzulayırıq.

X X X

Prezident Heydər Əliyev Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.

Respublikamızın rəhbəri hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin önündən keçdi.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev daha sonra tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşdü, Qələbə günü münasibətilə onları təbrik etdi.

HƏZİ ASLANOV (Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun nəvəsi): Möhtərəm cənab Prezident, icazə verin, Həzi Aslanovun ailəsi adından Sizə dərin minnətdarlığımı bildirim. Bizə və müharibə veteranlarına göstərdiyiniz böyük diqqət və qayğıya, hörmət və ehtirama görə Sizə təşəkkür edirəm. Qələbə bayramı və ad gününüz münasibətilə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

HEYDƏR ƏLİYEV: Sağ olun. Qəhrəmanımızın yaxşı nəvə və nəticələri var. Hamınızı təbrik edirəm.

X X X

Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto: Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqı üçün daim yol xəritəsi olacaq ŞƏRH

Azərbaycan karateçisi Avropa çempionu oldu

Rumınların böyük əksəriyyəti Avropa İttifaqını dəstəkləyir - sorğu

DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

Heydər Əliyevin tövsiyələri ilə formalaşan Azərbaycan gəncliyi dövlətə sədaqətlə xidmət edir - ŞƏRH

“Azərbaycan özümü turist kimi hiss etmədiyim ölkədir” - “Star” qəzeti

Yeniləşən Akademiyada rəqəmsallaşma üzrə müavinlərin seçilməsinə dair müsahibə təşkil olunub

Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar VİDEO

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Ulu Öndərin dövlətçilik məktəbi gələcək nəsillər üçün örnəkdir ŞƏRH

Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir

İşğaldan azad edilmiş ərazilərimizdə həyatın canlanması Heydər Əliyev ideyalarının təntənəsidir ŞƏRH

Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Heydər Əliyev qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq modelini formalaşdırmış lider idi ŞƏRH

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar VİDEO

45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib VİDEO

Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib

Dövlətçilik və dostluq salnaməsi: Ulu Öndərin xatirəsi Gürcüstanda yad edilib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib

BTQ beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır

Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

“Şuşa – Azərbaycanın incisi” kitabı İraqda nüfuzlu mükafata layiq görülüb

Liderliyin Heydər Əliyev zirvəsi

Məhəmməd Əl-Casir: Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik

Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər

Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri WUF13-ün üstünlüklərindən danışıb

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub

Türkiyədə Qars-Bakı birbaşa aviareyslərinin açılması məsələsi müzakirə olunur

Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb

Heydər Əliyev siyasi irsi və müasir Azərbaycanın şəhərsalma strategiyasının qlobal kontekstdə inkişafı ŞƏRH

Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi

Gürcü portalında Ulu Öndər Heydər Əliyev barədə məqalə yayımlanıb

Bu il Azərbaycanda Velosiped Akademiyası yaradıla bilər

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur VİDEO

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur VİDEO

Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır-Mediatur VİDEO

Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır-Mediatur VİDEO

Roland Hofer: Yenidən Azərbaycanda olduğuma görə xoşbəxtəm

Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləridir

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

Ulu Öndərin xatirəsinə həsr olunan stolüstü tennis turnirində 17 məktəbli mübarizə aparıb

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

Praqa hava limanında dron insidenti uçuşları pozub

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır VİDEO

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır VİDEO

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

Gəncədə Ulu Öndərin şəhərin memarlıq mühitindəki rolundan bəhs olunub

Yuri Boçarov: Azərbaycanın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı unudulmamalıdır

Sabunçuda Ulu Öndərin doğum günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyin indiyədək 5 minə yaxın məzunu olub VİDEO

Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyin indiyədək 5 minə yaxın məzunu olub VİDEO

Xalqımızın qəlbində yaşayan əbədi lider

Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün interaktiv təlim təşkil olunub

Ulu Öndərin xatirəsinə həsr olunan şahmat turniri təşkil edilib

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib VİDEO

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib VİDEO

İkinci Dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Sabah hava əsasən yağmursuz olacaq

Gürcüstanda faşizm üzərində qələbənin ildönümü qeyd olunub

FHN: Mingəçevirdə hoteldə baş verən yanğın söndürülüb

Türkiyədə Azərbaycan Kino Günləri davam edir

Ümummilli Liderin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ordumuza peşəkar zabitlər yetişdirir- REPORTAJ VİDEO

Ümummilli Liderin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ordumuza peşəkar zabitlər yetişdirir- REPORTAJ VİDEO

Bu saata olan əsas xəbərlər

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər VİDEO

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə tamaşa təqdim edəcək

Cəlilabadda mübahisə qanlı hadisə ilə nəticələnib

Xalqa bağışlanan ömür

Ulu Öndərin ildönümü ilə əlaqədar hərbi liseylərə mediaturlar təşkil edilib

Akademik: Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir

Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırdaölçülü dolu düşüb- FAKTİKİ HAVA

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycan Tibb Universiteti ilə Yozqat Bozok Universiteti arasında memorandum imzalanıb

Ümummilli Liderin Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol birinciliyi başa çatıb

Həyatını xalqına həsr etmiş lider

Azərbaycan nümayəndə heyətinin Efiopiyada bir sıra görüşləri olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib

Səfir Aşqabadda yaşayan 100 yaşlı müharibə veteranı Tahirə Əliyevanı ziyarət edib

Heydər Əliyevin natiqlik məharəti milli sərvət kimi dəyərləndirilir

Kiyevdə Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası təşkil edilib VİDEO

Kiyevdə Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası təşkil edilib VİDEO

Heydər Əliyevin iqtisadi strategiyası: müasir Azərbaycanın inkişaf modeli

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq

Bəşəriyyət üçün dahilik nümunəsi

Faşizm üzərində Qələbənin 81-ci ildönümüdür VİDEO

Faşizm üzərində Qələbənin 81-ci ildönümüdür VİDEO

CNN: İranın Ali Rəhbəri hələ də Tehranın hərbi strategiyasını formalaşdırır

Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

Tramp: Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatı bərpa oluna bilər

ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib, iki nəfər ölüb

Tramp: İrandan tezliklə cavab gözləyirik

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

İsrail və Livan arasında “hərtərəfli sülh sazişi” üzrə danışıqlar aparılacaq

Qulaqlıq istifadəçilərinə elektrik cərəyanı vurma riski ilə bağlı xəbərdarlıq edilib

Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi planlaşdırır