Federal hökumət karantinlə bağlı məsələləri yerli hakimiyyət orqanlarına həvalə edir
Berlin, 7 may, AZƏRTAC
Almaniyada koronavirus epidemiyasının yenidən sürətlə baş qaldırdığı halda ərazi hakimiyyət orqanlarına lokal təcrid qaydaları tətbiq etməyə icazə verilir.
AZƏRTAC xəbər verir ki, bu qərar ölkədəki mövcud məhdudiyyət rejiminin qismən və mərhələli qaydada yumşaldılması barədə federal hökumətin çərşənbə axşamı keçirdiyi iclasda qəbul edilib.
Bir çox ərazilərdə landtaqlar (ərazi parlamentləri) özləri karantin tədbirlərinin yumşaldılması ilə bağlı növbəti tədbirləri təyin etmək hüququna malik olacaqlar. Bu, xüsusilə uşaq bağçalarının, ibtidai və orta məktəblərin, restoranların və kafelərin fəaliyyətlərinin tədricən bərpa edilməsinə aiddir.
Hökumətin müşavirəsi Alman Hökuməti Kabinetinin bütün üzvlərinin iştirakı ilə videokonfrans rejimində keçirilib.
Nazirlər ticarət üzrə məhdudiyyətləri daha geniş miqyasda aradan qaldırmaq qərarına gəliblər. Bununla yanaşı sosial distansiya və qoruyucu vasitələrə dair qaydaların əvvəlki tək qüvvədə qalacağı bildirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin