İDMAN
Fərhat Akbaş: Azərbaycanlı azarkeşlər bütün görüşlərdə Türkiyə komandasına yaxşı dəstək oldu
![Fərhat Akbaş: Azərbaycanlı azarkeşlər bütün görüşlərdə Türkiyə komandasına yaxşı dəstək oldu](/files/2015/2/1200x630/14354585822975316625_1200x630.jpg)
Bakı, 28 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Çempion olmağın sevincini sözlə ifadə etmək çox çətindir. Ürəkdən və böyük əzmlə oynadıqları üçün komandanın bütün üzvlərini təbrik edirəm. Əsas olan komanda oyunu idi və Türkiyə yığması bunu yaxşı sərgilədi. Qələbəni ölkəmizə və Türkiyə idmanına həsr edirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin qadın idmançılardan ibarət voleybol yığmasının baş məşqçisi Fərhat Akbaş söyləyib.
Baş məşqçi deyib: “Azərbaycanlı azarkeşlər bütün görüşlərdə Türkiyə komandasına yaxşı dəstək oldu. Buna görə qardaş ölkənin bütün azarkeşlərinə təşəkkür edirəm”.
İlk Avropa Oyunlarının Olimpiya oyunları səviyyəsində professional şəkildə təşkilini yüksək dəyərləndirən Fərhat Akbaş buna görə xalqımızı təbrik edib: “Bizim üçün bütün qələbələr və medallar çox dəyərli və önəmlidir”.