Fevralın 5-də Çin təqvimi ilə Yeni il başlanacaq
Bakı, 21 yanvar, AZƏRTAC
Fevralın 5-də Çin təqvimi ilə Yeni il - sarı donuz ili başlanacaq.
Çində Ay təqvimi ilə müəyyən edilən Yeni ilin başlanğıcı qış gün dönümündən (21 dekabr) sonra Ayın ikinci dəfə bədirləndiyi tarixə düşür. Beləliklə, Çində Yeni ilin başlanğıcı yanvarın 21-dən fevralın 20-dək müxtəlif tarixlərə təsadüf edir.
2019-cu ildə planetin əhalisinin dörddə bir hissəsi üçün Yeni il fevralın 5-də başlanacaq. Çinin materik hissəsində, Honkonq, Makao və Tayvan küçələrində və yerli sakinlərin evlərində bayram münasibətilə bəzək işləri başlanıb. Sinqapurda, Cənubi Koreyada və bütün dünyanın çinlilər yaşayan məhəllələrində bu bayramı səbirsizliklə gözləyirlər.
4000 ildən çox tarixə malik olan Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir. Çinlilər özləri Yeni ili bahar bayramı adlandırırlar.
Ənənəyə görə Yeni il bayramı münasibətilə gəzintilər 16 gün davam edir. 2019-cu ildə Çində Yeni il gəzintiləri fevralın 19-dək davam edəcək. Bayramın sonuncu günü Fənərlər bayramı adlanır.
2019-cu il fevralın 4-dən 10-dək Çində rəsmən qeyri-iş günləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]