FHN-in Kahramanmaraşda olan çevik xilasetmə qüvvələrinin bir hissəsi Hataya yola düşüb VİDEO
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə əməliyyatları davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə, FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu səhər həmin bölgəyə yola düşüb.