Filippin Prezidenti Rodriqe Duterte: Kim Çen In mənim kumirimdir
Tokio, 29 aprel, AZƏRTAC
Filippin Prezidenti Rodriqe Duterte Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı özünün pərəstişkarı adlandırıb və gələcəkdə onunla görüşmək istədiyini bildirib.
AZƏRTAC yerli ABS-CBN telekanalına istinadla xəbər verir ki, R.Duterte bunu aprelin 29-da Sinqapur səfərindən qayıdarkən bəyan edib. “Onu həmişə pis oğlan kimi təqdim edirdilər, amma o, özünün bir hərəkəti ilə günün qəhrəmanına çevrildi. İndi o, mənim kumirimdir”, - deyə Prezident bildirib.
Xatırladaq ki, aprelin 27-də Cənubi Koreya və Şimali Koreya liderlərinin tarixi danışıqlarının yekunu olaraq “Koreya yarımadasının birləşməsi, sülh və inkişaf naminə bəyannamə” imzalanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]