FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM TARYA HALONENƏ
Finlandiya Respublikasının Milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün Finlandiya xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Finlandiya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Finlandiya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2003-cü il.