Formula 1 Fransa Qran-Prisini də təxirə sala bilərlər
Bakı, 14 aprel, AZƏRTAC
Fransa prezidenti Makron xalqa televiziya ilə müraciətində bildirib ki, ictimai tədbirlərin keçirilməsinə məhdudiyyətlər iyulun ortalarına qədər davam edəcək.
AZƏRTAC xəbər verir ki, Formula 1 Fransa Qran-Prisinin iyunun 28-də keçirilməsi nəzərdə tutulmuşdu. Çox ehtimal ki, bu yürüş də ləğv ediləcək, amma hələ ki, bu rəsmən təsdiq edilməyib.
Makron bildirib ki, özünütəcrid tədbirləri mayın 11-dək davam edəcək, sonra uşaq bağçaları və məktəblər, mağazalar və restoranlar açılmağa başlayacaq, amma ictimai tədbirlərin keçirilməsinə qadağa iyulun ortasına qədər davam edəcək.
Formula 1 Fransa Qran-Prisi ləğv ediləcəyi halda, bu, cari ildə koronavirus pandemiyası səbəbindən ləğv edilmiş və ya vaxtı dəyişdirilmiş onuncu mərhələ olacaq.
Gözlənildiyinə görə, Formula 1 mövsümü 2020-ci il iyulun 19-da Silverstounda başlanacaq, amma müddətlər haqqında danışmaq hələ tezdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]