FRANSA ALİMİ LEONARDO DA VİNÇİNİN SİRRİNİ TAPMIŞDIR
Leonardo da Vinçinin özünün şah əsəri üzərində işlədiyi zaman istifadə etdiyi işıq kölgələri son 500 ildə tədqiqatçıların böyük marağına səbəb olmuşdur. Tablodakı əşyaların dəqiq sərhədləri yoxdur, onlar sanki yuyulmuş, tüstü kimi yayılmışdır. Buna baxmayaraq, əsərin ən tünd yerləri belə sanki daxili nur saçır. Bir çox rəssamlar sfumato effektini canlandırmaq istəmişlər, lakin onun texnologiyasını heç kim aça bilməmişdir.
Jak Frank belə qənaətə gəlmişdir ki, Leonardo “Cokonda”nı yaradarkən böyüdücü şüşədən istifadə etmişdir. Bu əsəri xırda cizgilərlə, - onlardan ən qısası uzunluğuna görə millimetrin qırxda birinə bərabərdir, - çəkmək üçün rəssam yüzlərlə seans keçirmişdir. Bəzi hissələrdə, məsələn, Mona Lizanın çöhrəsində Leonardo 30-dək rəng qatı çəkmişdir. Bu qatlardan hər birini o, astardakı kimi, solğun sarı rəngli nazik “imprimatura” təbəqəsi ilə örtmüşdür.
J.Frank öz fərziyyəsinin sübutu kimi, qalereyaya sfumato janrında çəkilən 8 əsərini təqdim etmişdir. Əsərlərin 6-sı Mono Lizanın gözünün təsvirinin yenidən canlandırılmasının ardıcıl mərhələləri, qalan ikisi isə Leonardo da Vinçinin məşhur əsərlərinin surətləridir. Rəssam onlardan biri – “Müqəddəs Anna” tablosu üzərində üç min saat işləmişdir.
J.Frankın adı birmənalı çəkilmədiyi üçün alimlər birliyi onun bu fərziyyəsinə şübhə ilə yanaşır. Lakin buna baxmayaraq, tədqiqatçını Leonardo da Vinçi sənətinin eksperti kimi, əslində, hamı qəbul edir.