Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa-Ermənistan tandemi hər iki ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər ŞƏRH

Fransa-Ermənistan tandemi hər iki ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər  ŞƏRH

Bakı, 20 iyun, AZƏRTAC

Fransa və Ermənistanın regionda sabitliyi pozmağa və siyasi təsirini artırmağa yönəlmiş addımları həm Ermənistan, həm də Fransa üçün ciddi fəsadlarla nəticələnə bilər. Bu siyasi tandem müasir dünyada ən uğursuz variantlardan biridir və özündə hadisələrin inkişafı baxımından, potensial nəticələrin bir neçə mümkün ssenarisini ehtiva edir. Bundan başqa, Fransanın sülhə zidd addımları və Ermənistanın ikili standart siyasəti həm region, həm də bütövlükdə beynəlxalq ictimaiyyət üçün böyük ləkədir. Ermənistan ilə Fransanın qısamüddətli siyasi və ya iqtisadi faydalarını deyil, uzunmüddətli sülh və sabitlik maraqlarını nəzərə alaraq öz strategiyalarına yenidən baxması vacibdir.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq əlaqələr üzrə analitik Masil Dəmirov söyləyib.

O deyib ki, Fransa ənənəvi olaraq bu tərəfdaşlıqdan Ermənistana dəstək bayrağı altında Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün istifadə etmək istəyir. 2024-cü il iyunun 18-də SEZAR artilleriya qurğularının tədarükü ilə bağlı imzalanmış müqavilə, eləcə də bir qrup fransız siyasətçinin Ermənistana qoşun yeritməyə çağırışla Fransa Prezidentinə müraciəti rəsmi Parisin məkrli strategiyasının tərkib hissəsidir. Bu hadisələr 2024-cü il aprelin 19-da sərhədlərin delimitasiyası üzrə mühüm razılaşmaların əldə olunmasından sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi fonunda baş verir.

“Fransanın Ermənistan və Cənubi Qafqazla bağlı strategiyası siyasi, iqtisadi və hərbi məqsədlərin xaotik birləşməsidir. Öz məqsədlərinə çatmaq üçün rəsmi Paris Ermənistandan istifadə etməklə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə xələl gətirə bilər. Ermənistan uzunmüddətli mənfi nəticələrin qarşısını almaq, müstəqilliyini və suverenliyini qorumaq üçün belə tərəfdaşlığın mümkün risklərini və faydalarını diqqətlə qiymətləndirməlidir. Fransa Ermənistandan istifadə edərək, bir tərəfdən bölgədə sülhün bərqərar olması prosesinə zərbə vurmaq, digər tərəfdən isə silah satışından gəlir əldə etmək istəyir. Bu strategiyanın bir neçə əsas aspekti var. Birincisi, Fransa siyasi manipulyasiya siyasəti yeritməklə, öz təsirini gücləndirmək üçün Ermənistanın ehtiyaclarından istifadə edir. Buraya təkcə hərbi yardım deyil, həm də beynəlxalq aləmdə diplomatik dəstək daxildir. İkincisi, müasir artilleriya qurğularının tədarükü Ermənistanı mövcud reallıqdan uzaqlaşdıraraq regionda gərginliyin artmasına səbəb ola bilər. Bu, Ermənistanın hərbi dəstək və texnologiya baxımından Fransadan asılılığını yaradır. Üçüncüsü, bu cür qeyri-konstruktiv addımlar Ermənistanın Fransadan iqtisadi asılılığını artırır ki, bu da Parisə lazım gəldikdə İrəvana təzyiq göstərməyə imkan verir”, - deyə Masil Dəmirov bildirib.

Ermənistanın belə tərəfdaşlığın nəticələri barədə ciddi düşünməli olduğunu vurğulayan analitik əlavə edib: “Hərbi dəstək qısa müddətdə öz mövqeyini gücləndirə bilsə də, uzunmüddətli nəticələr olduqca mənfi ola bilər. O cümlədən Fransanın siyasi təsirinin gücləndirilməsi Ermənistanın suverenliyini və beynəlxalq arenada müstəqil qərarlar qəbul etmək imkanlarını daha da məhdudlaşdırar. Hər bir halda, bu addımların mənfiliyi həm Ermənistana, həm də Fransaya ciddi təsir göstərəcək”.

M.Dəmirovun sözlərinə görə, müasir beynəlxalq ictimaiyyət getdikcə münaqişələrin sülh yolu ilə həllinə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına daha çox diqqət yetirir. Fransanın militarizasiyaya və gərginliyi artırmağa yönəlmiş siyasəti digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən pislənilir.

“Rəsmi Parisin sülh əleyhinə addımları, o cümlədən Azərbaycanın regionda normallaşma prosesinə dair mövqeyinə təsir cəhdləri ciddi nəticə verməyəcək. Bu siyasət müasir sivil dünyanın reallıqlarından kənara çıxır və çoxdan dəbdən düşüb. Azərbaycan uğurlu diplomatik təşəbbüsləri və normallaşma prosesləri ilə dəstəklənən sabitliyə və iqtisadi inkişafa sadiqliyini nümayiş etdirir. Fransanın bölgənin hərbiləşdirilməsi siyasəti bu məqsədlərə çatmağa kömək etmir, sadəcə, əlavə maneələr yaradır.

Azərbaycanın Fransadan silah tədarükündən asılı olmamağa imkan verən əhəmiyyətli resursları və iqtisadi əlaqələri var. Bundan əlavə, Azərbaycan digər ölkələrlə əməkdaşlığı ciddi şəkildə inkişaf etdirir ki, bu da Fransanın regionda sabitliyi pozmaq səylərini faydasız edir.

Nəticədə bu siyasət Fransanın özünə ciddi zərbə vura bilər. Buna səbəb, münasibətlərin gərginləşməsinə can atan Fransanın, münaqişələrin sülh yolu ilə həllini müdafiə edən digər dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərinin pisləşməsinə səbəb ola bilər. Bundan əlavə, münaqişə zonalarına silah satmaq və militarist təşəbbüsləri dəstəkləmək, Fransanın “sülh və beynəlxalq hüququn tərəfdarı” kimi reputasiyasına xələl gətirə bilər. Bu cür siyasət, xüsusilə sülh və sabitliyə qlobal diqqətin güclənməsi fonunda, Fransa cəmiyyəti arasında daxili ziddiyyətlərə və narazılıqlara səbəb ola bilər”, - deyə M.Dəmirov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır