Fransa mayın 11-dən müəyyən məhdudiyyətlərlə təcridolma rejimindən çıxacaq
Paris, 8 may, AZƏRTAC
Fransada təcridolma rejimindən çıxmaqla bağlı qərar təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Baş Naziri Eduard Filip mayın 7-də çıxışında bildirib.
Qeyd edilib ki, virusa qarşı tezliklə peyvənd, müalicə və kollektiv immunitet olmayacağı üçün insanlar özlərini müdafiə etməlidirlər. İnsanlar arasında sosial məsafənin saxlanılmasına və gigiyena kimi qaydalara ciddi şəkildə riayət olunmalıdır. Qocalar evində təcridolma rejimi saxlanılır və onların işçilərinə 1500 avro bir dəfəlik mükafatlar veriləcək. Eləcə də, ictimai nəqliyyatdan istifadə üçün sahibkarlara arayış tələb olunacaq.
Baş Nazir deyib ki, müəyyən məhdudiyyətlər hələ də saxlanılacaq. Mayın 11-dən fransızlar arayışsız küçələrə çıxa biləcəklər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris